Səmimiyyət

29 Ekim 2015
1 469
3
Səmimiyyət
Səmimiyyət

Səmimiyyət

Corc Dantzig izah etdi: California Universiteti Riyaziyyat fakültəsi tələbəsi idim. Həmişəki kimi sinifə gec girdim və lövhədəki iki sualı ev tapşırığı hesab edərək dəftərimə köçürtdüm. O axşam, sualların üzərində çalışarkən bunun professorun verdiyi ən çətin tapşırıq olduğunu düşündüm. Hər gecə, bacarmasam da sırasıyla hər iki problemin üzərində saatlarla çalışdım. Bir neçə saat sonra beynimdə bir şimşək çaxdı və hər iki problemi birdən həll etdim. Ertəsi gün cavabları məktəbə apardım. Professor, stolun üzərinə qoymağımı dedi. Stolun üzərində kağızdan bir təpə meydana gəlmişdi. Altı həftə sonra bir bazar səhəri qapının vurulmasıyla oyandım. Qapıda professoru görəndə dondum qaldım. ' Corc ! Corc ! '-, deyə qışqırırdı. 'Problemi həll etmisən -dedi. ' Təbii ki '-,deyə cavab verdim. ' Həll lazım deyildimi?' -, deyə soruşdum. Professor, taxtaya yazılmış olan o iki problemin ev tapşırığı olmadığını, dünyanın qabaqda gələn riyaziyyatçılarının indiyə qədər həll edə bilmədikləri iki məşhur problem olduğunu açıqladı. Biri mənə onların, iki məşhur həll edilə bilməmiş iki problem olduğunu desəydi, yəqin ki, onları həll etməyi heç fikirləşməzdim belə.

Həyatda müvəffəqiyyətli olmuş yaşlı bir adam, bəzi gənclər "Həyatın bizə maksimum xoşbəxtlik və müvəffəqiyyət təmin etməsi üçün nə etməliyik?" -,deyə soruşduqlarında ondan bu cavabı almışlar: 'Sizin bu sualınız, mənə bir tək inəyi olan kəndlini xatırlatdı. Bir gün o kəndlidən biri soruşdu: ' İnəyin nə qədər süd verir ?' Kəndli bu cavabı verdi: ' inək süd verməz. Südü ondan sizin almanız lazımdır. ' Dostlar, xoşbəxtlik və müvəffəqiyyəti həyat sizə verməz. Çalışaraq o xoşbəxtlik və müvəffəqiyyəti, həyatdan siz almalısınız. İmtahana girəcək şagirdlərdən biri həyatın gətirdiyi mənfiliklərə dözə bilmir. Atası bunu görür və oğluna bu hadisəni belə nəql edir: ' Timsah tısbağanı yemək istəyirmiş və arxasından ona çatmağa çalışırmış. Tısbağa timsahdan yavaş hərəkət etdiyi üçün ən yaxınındakı ağaca dırmanmış. Bu zaman isə gənc çaşqınlıqla atasından soruşur: Heç tısbağa ağaca çıxar mı ata? Atası başını sallayır: " xilas olması üçün çıxması lazım idi balam" - deyir.

Amerikalı yazıçı James F. Clarke, əzm və davam olmadan müvəffəqiyyətli oluna bilməyəcəyini belə ifadə edir. "Bu dünyada əzmin yerini heç bir şey ala bilməz. Qabiliyyət və dahilik, əzmin yerini tuta bilməz. Çünki, qabiliyyətli olmalarına baxmayaraq müvəffəqiyyətli ola bilməyən nə qədər insanlar vardır."

Tanınmış Gəmi sahibi Mr. Lindsoy, 14 yaşında ikən yetim qalmış və iş tapmaq üçün Glasgowda Liverpoll'a gedəcəyi sırada gəmi ödənişini ödəyəcək pulu tapa bilmədiyindən, gəminin kapitanı ilə razılaşaraq kömürlükdə kömür təmizləmək qarşılığında səfər edə bilmişdi. Liverpulda 7 həftə işsiz gəzmiş, anbarlarda yatmış, bir gəmidə iş tapmışdı. 14 yaşında bir uşaq olaraq girdiyi bu gəmidə yavaş yavaş irəliləyərək gəminin süvariliyinə qədər yüksəlmişdi. Bu müvəffəqiyyətin sirrini belə açıqladı: " Müvəffəqiyyətin səbəbi; çaşmaz bir səbir, dayanmadan iş və özümə edilməsini istəmədiyim şeyləri başqalarına etmək prinsipinə, dörd əllə tutunmağımdır. "

Michael Jordan: "Mən heç bir zaman, müvəffəqiyyətsiz olsam nələr olacağını düşünmərəm. Çünki bunları düşünməyə başladıqda mənfi bir nəticəyə çatarıq. Bir işə başlayarkən müvəffəqiyyətli olacağımı DÜŞÜNÜRƏM, müvəffəqiyyətsiz olsam nələr olacağını deyil."


Səmimiyyət
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. ...DUALARIMDASAN...
    semimiyyeti cox sevirem,,,,,,,,,
  2. -Aydan-
    -Bağışlıyın amma çox uzun məqalə idi oxuya bilmədim..
    -Ancaq Təşəkkürlər...
  3. SindireLLa
    MaraqLİ Məqalə idi. Paylaşimincün təşəkkür.
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.