“Heç sadəcə biraz yorğunam..”

29 Ekim 2015
3 113
2
“Heç sadəcə biraz yorğunam..”
“Heç sadəcə biraz yorğunam..”

Yorğun oluruq bəzən...
Yoruluq...Yaşamın bizə verdiyi yükü daşımağa gücümüz çatmır...
Bəlkə zamandan,bəlkə insanlardan,bəlkə gündəlik yaşam tərzimizdən...Amma ən bərbad yorğunluq insanın özündən bezməyidir..
Özünə aid olanlardan bezmək,aid olduqlarından bezmək ...Ağır gəlir insana...
Bunun əsas səbəblərini araşdırmadan sadəcə uzaqlaşmaq istəyirsən...Bu yəqinki ,hamımızda olub.Heç kəsin olmadığı bir yerə qaçmaq istəyirsən.Sanki bu kömək olacaqmış kimi,sanki bu nəyisə həll edəcəkmiş kimi ...Uzağa ...
Amma düşünmürük gedəcəyimiz yerdə də yenə “Sən”olacaqsan...Orda da yenə o düşüncələr olacaq.O bezgin,o yorğun insan olacaq...Yenə o ürək olacaq döyünən..Hər döyüntüsündə ağrı verəcək..Amma indi bir döyüntü daha artacaq...Ağrı da artacaq...Daha tez-tez döyünəcək...Çünki o təklik daha böyük yük verəcək sənə...Çünki artıq soruşan olmayacaq
-“Nə olub sənə?”...
-“Heç sadəcə biraz yorğunam...”
İndisə fərz etki təksən... O sualın cavabını tam səmimi,vicdanlı və qərəzsiz verməlisən... yalansız...Çünki sən özün-özünə cavab verəcəksən...Özün-özünə həm məhkum,həm şahid olacaqsan...
Muəllif: Hacibəyli Fatimə
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. -Aydan-
    -Hər kəs yoröundu məncə bu dövrdə..
    -Maraqlı məqalə idi Təşəkkürlər.
  2. AleDa
    • AleDa
    • 29 Ekim 2015 19:16
    Bezen mende cox yoruluram. Her sey ustume ustume gelır.. Ama ede bılecek bır sey yoxdu.. Gozel yazıdı. Tewekkurler
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.