-` Heç Kəsim yoxdur

30 Ekim 2015
1 884
3
-` Heç Kəsim yoxdur
-` Heç Kəsim yoxdur
-` Heç Kəsim yoxdur
Mən dərin bir sükutdan,
səsə-küyə düşmüşəm.
Bu küydən sənin səsin
gələr deyə düşmüşəm.
-` Heç Kəsim yoxdur
Mən seçərəm səsini
milyon səsin içindən.
Qızınmışam o ətrin,
o nəsəfin içində.

-` Heç Kəsim yoxdur
Yox, mən unutmamışam,
səsin qulağımdadır.
Nəfəsin saçlarımda,
ətrin qucağımdadır.

Gah göydən, yerdən səni
soraqlayır əllərim.
Gah gülür sən gedəli,
gah ağlayır əllərim.

-` Heç Kəsim yoxdur
-` Heç Kəsim yoxdur
Mənə tanış deyildi
bu acı ayrılıqlar.
Elə ədəblidir ki,
qapı döyür intizar.

Səndən etibarlıdır,
məni axtarır kədər.
Sən məni sevməmişdin
dərdin sevdiyi qədər.

-` Heç Kəsim yoxdur
İndi pozub sükutu,
düşmüşəm hay-haraya!
Sən o doğma səsləri
aparmısan haraya?
-` Heç Kəsim yoxdur
Donuram, qızınmağa
ətrin, nəfəsin yoxdur.
Milyon kəsim olsa da,
sənsiz heç kəsim yoxdur.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. ...DUALARIMDASAN...
    sənsiz heç kəsim yoxdur.
  2. AleDa
    • AleDa
    • 30 Ekim 2015 22:49
    Gozel sozlerı var. Ellerıne saglıq..
  3. -Aydan-
    Səndən etibarlıdır,
    məni axtarır kədər.
    Sən məni sevməmişdin
    dərdin sevdiyi qədər.
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.