Mömin qoca və ateist gənc

29 Ekim 2015
1 824
3
Mömin qoca və ateist gənc
Oxumağa Dəyər..
Mömin qoca və ateist gənc

Mömin qoca və ateist gənc

Xarici olkələrin birində universitet bitirmiş savadli bir gənc vətəninə ateist olaraq dönür. 3 sualina heç kimsə tərəfindən cavab tapmayan genc bir qocaya yaxınlaşıb deyir:

-Qoca sənə 3 sualim var. Onlara cavab vere bilərsənmi?

Qoca:

-Inşaallah verərəm.

Gənc:

-Mən bu suallari alimlərə belə vermişəm, amma cavab verə bilməyiblər. Sən savadsiz bir qoca necə cavab verəcəksən?

Qoca bir daha:

-Allahin izni ilə cavab verərəm, oğlum.

Gənc:

1.Allah varmi? Əgər o həqiqətən də mövcuddursa mənə onu göstər?
2. Qismət nədir?
3. Əgər şeytan atəşdən yaradildisa nə üçün cəhənnəmə göndərilir? Cəhənnəm də atəşlə doludur. Atəş atəşi necə yandira bilər?


Bu an qoca gəncin başında saxsı bir qab sındırır. Gənc başının ağrısından ufuldaya-ufuldaya:

-Niyə hirsləndin?

Qoca:-Hirslənmədim. Bu sənin ilk sualinin cavabıdır.

Gənc:-Heç nə başa düşmədim.

Qoca:-Başında bu saxsi sınınca özünü necə hiss etdin?

Gənc:-Təbii ki, başım çox ağrıdı.

Qoca:-Yəni ağrının olduğuna inanirsan, deyilmi?

Gənc:-Əlbətdə

Qoca:-Onda mənə onu göstər.

Gənc:-Axi göstərə bilmərəm

Qoca:-Bu mənim ilk sualina cavabim. Hami Allahin varligini hiss edər amma görməz. Indi 2-ci suala cavab. Dünən gecə yuxunda sənin başında bu gün bu saxsını sındıracağimı gördünmü? Və ya kimsə sənə bunu dedimi?

Gənc:-Yox

Qoca:-Heç bu gün belə bir şey olacağını fikirləşdinmi?

Gənc:-Yox

Qoca:-Bax demək ki, bu sənin qismətin imiş. Indi 3-cu suala cavab. Biz insanlar nədən yaradıldıq? Torpaqdanmı?

Gənc:-Bəli, torpaqdan.

Qoca:- Onda bu saxsı da torpaqdan yaradılmadımı? Bax, görürsən… Allah istəsə atəşdən yaratdığı şeytanı elə atəşdəcə cəzalandırar…….

Mömin qoca və ateist gənc
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. -Aydan-
    -İlk dəfə oxudum.. Çox gözəl idi..
    -Allah razı olsun...
  2. allah bendesi
    elhemdulillah gozel cvb verib.ALLAH razi olsun baci
  3. AleDa
    • AleDa
    • 29 Ekim 2015 18:53
    Cox menalı hekayedı.. Allah razı olsun..
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.