İlahi rəhmət,təvəkkül və səbr (hekayə)

30 Ekim 2015
2 941
2
İlahi rəhmət,təvəkkül və səbr (hekayə)
İlahi rəhmət,təvəkkül və səbr (hekayə)

İlahi rəhmət,təvəkkül və səbr (hekayə)
Bir dindar şəxs dəniz səyahətinə çıxır. Qəflətən fırtına başlayır və gəmini batırır. Taxta parçalarından yapışan dindar huşsuz halda yaxınlıqdakı sahilə çıxa bilir.

Bir müddət sonra özünə gəldikdə kiçik bir adada tək qaldığını görür. Ucsuz-bucaqsız okeanın heç bir yerində gəmi görsənmir. Anlayır ki, bu adada hələ uzun müddət qalası olacaq. Bu məqsədlə özünə agaclardan, kollardan kiçik bir daxma düzəldir.

Bir gün yeməyə bir şey tapmaq üçün meşəyə yollanır. Qara buludlar adasının üstünü alır, göy guruldayır, şimşək çaxır, yağış yağmağa başlayır. Təsadüfən dindarın daxmasını da şimşək vurur və yanmağa başlayır. Hava qaralandan sonra qayıdan və daxmasının yandığının şahidi olan dindar çox əsəbləşir. Bu halını zülm kimi qəbul edib, Allaha qarşı küfr üsyan edir. Özünü Allahın sevmədiyi, yaddan çıxardığı kəslərdən hesab edir.

Bir qədər deyindikdən sonra yuxu tutub yatır. Səhər oyandıqda sahildə böyük bir gəmi görür. Sevincinin həddi-hüdudu olmur. Gəmiyə tərəf qaçır. Gəminin şəxsi heyətindən onun burada olduğunu necə bildiklərini soruşur. Ona uzaqdan yanğını (yanan daxmanı) gördüklərini və bunu yardım siqnalı kimi qəbul edərək bu adaya gəldiklərini deyirlər. Dindar səbrsizlik edərək Allah yanında necə böyük günah etdiyini anlayır…


İlahi rəhmət,təvəkkül və səbr (hekayə)


islam.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. AleDa
    • AleDa
    • 30 Ekim 2015 22:40
    Buna oxsar hekaye oxumusdum. Allah razı olsun..
  2. -Aydan-
    -Bu hekayəni oxumuşdum..
    -Allah razı olsun..
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.