Valideynin üzünə ağ olmuş gənc

30 Ekim 2015
1 374
3
Valideynin üzünə ağ olmuş gənc
Valideynin üzünə ağ olmuş gənc

Valideynin üzünə ağ olmuş gənc

İslam Peyğəmbərinin (s) dövründə bir gənc ölüm ayağında olarkən Həzrət (s) onun yanına getdi. Oğlanın dili tutulduğundan şəhadət kəlmələrini deyə bilmirdi. Həzrət (s) soruşdu ki, bəlkə namaz qılan deyil, ona görə dili tutulub? Dedilər ki, namaz qılandır. Həzrət (s) buyurdu ki, bəlkə zəkat ödəməyib? Dedilər ki, ödəyib.

Həzrət (s): – “Bəlkə atasının üzünə ağ olub?” deyə maraqlandı. Yenə də “yox” dedilər. Nəhayət, Həzrət (s) belə bir sualla müraciət etdi: “Bəlkə anasının üzünə ağ olub?”

Cavab verdilər ki, – “Bəli, anasının üzünə ağ olub.”

Ananı də`vət edib oğlunu halal etməsini istədilər.

Ana dedi: “Mən onu necə halal edə bilərəm ki, üzümə sillə vurub?!” Həzrət Peyğəmbər (s) buyurdu: “Od gətirin.” Ana soruşdu ki, “Odu nə üçün istəyirsiniz?” Həzrət buyurdu ki, “Pis əməlinə görə onu yandıracağam.” Ana dedi: “Mən razı olmaram ki, onu yandırasınız. Onu doqquz ay bətnimdə gəzdirib, sonra iki il süd vermişəm, illər uzunu kənarında durmuşam. Mən onu oddan qurtarmaq üçün bağışlayıram.”


Valideynin üzünə ağ olmuş gəncInsan üçün həqiqi mürəbbi olmayan ana günahkar övladının yanmağına razı olmursa, həqiqi mürəbbi olan Allah öz bəndəsinin əzabına razı olarmı?! Əsla!Valideynin üzünə ağ olmuş gənc


zehra-yolu.com
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. ...DUALARIMDASAN...
    yaxsi valideyne can qurban
  2. AleDa
    • AleDa
    • 30 Ekim 2015 22:30
    Allah razı olsun.. Gerek hec bır ovlad valıdeynını ıncıtmeye uzlerıne ag olmaya.. Tewekkurler
  3. -Aydan-
    -Çox gözəl məqalə idi..
    -Dəyərli xəbər üşün təşəkkürlər..
    -Allah razı olsun...
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.