"İrəliyə getmək istəyən özünü tapdalamalıdır"

31 Ekim 2015
1 374
2
"İrəliyə getmək istəyən özünü tapdalamalıdır"
"İrəliyə getmək istəyən özünü tapdalamalıdır"

"İrəliyə getmək istəyən özünü tapdalamalıdır"

İnsanın düçar olduğu bütün çətinliklərin səbəbkarı özüdür. Nədənsə o, hamıdan qaçır, lakin özündən qaçmır.
Günlərin birində, saf və təmiz suyu olan , eyni zamanda dərin olmayan bir çay var idi. Bir kişi öz atı ilə bu çaydan keçmək istəyirdi. Amma bütün səyləri nafilə, bir nəticə hasil edə bilmədi. Bütün kənd əhli toplandı çayın kənarına, köməkləşdilər , lakin atı sudan keçirdə bilmədilər. O kəndən bir az aralıda bir qoca arif yaşayırdı. Kənddən bir neçə nəfər arifin hüzuruna yetişdi və hadisəni ona danışdılar. Nurani ağsaqqal cavab verdi :

-Çayın suyunu bulandırın !!!

Kənd əhli qocanın sözünü dinləyib, o cür də etdilər. At çaydan keçdi.
Amma bu hadisəni eşidən bütün insanlar, bunun səbəbini öyrənməkdən ötrü qocanın yanına getdilər.

-"Suyu bulandırmaqda nə var idi ki, ondan sonra at çayı keçdi" ?

Ağsaqqal özünəməxsus təmkinlə cavab verdi :

-Çayın suyu bulanıq olmadıqca , at özünü suda görürdü. Ona görə də özünü tapdalamaq istəmədiyindən qabağa, irəliyə gedə bilmirdi. "İrəliyə getmək istəyən özünü tapdalamalıdır".

Böyük ustad şair Raci yazırdı:


Aşiqi məşuq ma beynində hail cism olur,
Bəzli can canan yolunda Raciya bu qism olur,
İsmi rəsmi tərk edən aləmdə sahib ism olur,
Çək məniyyətdən əl ki, ondan zahir olmuş hər bəla.


Təbrizli şair Azərbaycan dilində yazsa da , bir balaca şərhə ehtiyac duyulur.

Ma beynində-arasında.
Hail-maniə.
Bəzli can-canı qurban etmək.
İsmi rəsmi-əsl adını, öz adını.
Məniyyət-mənəm mənəmlik.

Aşiqlə məşuq arasında, insan ilə Allah arasında ən böyük maniə insanın öz cismi , bədəni və nəfsi istəkləridir. Həqiqi canan olan Allah yolunda isə, hər an Raci hazırdır. Öz kimliyini və "mən"ini tərk edən, tapdalayan insan , yalnız bu aləmdə Allahın izni ilə əbədiləşir, ad-san qazanır. Mənəm mənəmlik etmə ki, hər cür çətinlik və bəla "mən"dən baş verir.


"İrəliyə getmək istəyən özünü tapdalamalıdır"

Seyid Ağarəşid Boradigahlı.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. ...DUALARIMDASAN...
    Allah razi olsun. Gozel xeberdi
  2. AleDa
    • AleDa
    • 31 Ekim 2015 20:29
    Alah razi olsun. Gozel xeberdi. Ibretamz hekayeleri oxumagi sevirem. Tesekkurler
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.