"SiraT"haqqında

19 Eylül 2014
1 767
0
"SiraT"haqqında
"SiraT"haqqında

Sirat

Doğru yol

Qur‘an:

«Bizi doğru yola yönəlt»

Hədis:

İmam Sadiq (ə): «İnsanlar sağa-sola azdılar, ancaq biz və şiələrimiz doğru yola hidayət olunduq.»

Doğru yolun (Siratul müstəqimin) mə‘nası

Qur‘an:

«Həqiqətən mənim Rəbbim, sizin Rəbbinizdir. Elə isə Ona ibadət edin ki, doğru yol budur.»

«Allahın ayələri sizə oxunduğu və Onun Rəsulu sizin aranızda olduğu halda necə küfr edirsiniz? Kim Allahın ipindən yapışsa, şübhəsiz ki, doğru yola (siratul müstəqimə) hidayət olunmuşdur.»

Hədis:

İmam Sadiq (ə) (sirat sözünün mə‘nası barədə): «O, Allahı tanımağın yoludur və iki növdür: dünyada sirat və axirətdə sirat. Dünya siratı, elə itaəti vacib olan imamdır. Dünyada imamı tanıyan və onun göstərdiyi yolu gedən şəxs, cəhənnəmin üzərində körpü olan axirət siratından keçəcək.»

İmam Sadiq (ə): «Doğru yol (Siratul müstəqim) Əmir-əl-möminin Əlidir (ə).»

Axirət siratı və onun üzərindən keçmək

Musa (ə) (dualarının birində): «İlahi! Sənin hikmətini aşkar və gizli şəkildə oxuyan şəxsin mükafatı nədir?» Buyurdu: «Siratdan ildırım sürətilə keçər.»

Allahın Peyğəmbəri(s): «Sizlərdən sirat üzərində ən sabit qədəm­liniz, mənim Əhli-Beytimə (ə) daha çox məhəbbəti olanınızdır.»

Allahın Peyğəmbəri(s): «Dəstəmazı kamil şəkildə al ki, siratdan bulud kimi keçəsən.»

Allahın Peyğəmbəri (s): «Sirat tükdən nazik, qılıncdan itidir.»

İmam Sadiq (ə) («Həqiqətən, sənin Rəbbin pusquda bərk dayanmışdır» ayəsi barədə): «Pusqu, Sirat üzərində olan bir körpüdür ki, oradan boynunda hətta bir məzləmə (yəni insanlar qarşısında boynunda olan hər bir haqq və xirda, az miqdarda olan pul borcları) olan şəxs də keçə bilməz.»

İmam Sadiq (ə): «İnsanlar sirat üzərindən keçməkdə bir neçə dəstəyə böünürlər: bəziləri ildırım sürətilə keçər, bəziləri çapar at kimi, bəziləri sürünə-sürünə, bəziləri də ondan asılmış və bədənlərinin bir hissəsini od bürürmüş halda keçəcək.»






Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.