Dünyanın ən zəngin 10 müsəlman ölkəsi

02 Kasım 2015
2 116
5
Dünyanın ən zəngin 10 müsəlman ölkəsi
Dünyanın ən zəngin 10 müsəlman ölkəsi

Dünyanın ən zəngin 10 müsəlman ölkəsi

Ölkə iqtisadiyyatı son 80 il ərzində neft və qaz sənayesi sayəsində daha da inkişaf edib. Ancaq ölkə iqtisadiyyatının neftən asılı halda olması heç də yaxşı hal deyil, buna Hollandiyada baş vermiş «Dutch Disease» Hollan sindiromunu göstərmək olar. Dünyanın 10 ən zəngin müsəlman ölkələri siyahısında olan dövlətlərin çoxunun esas gəlirlərini neftdən gələn gəlirləri təşkil edir. Bundan başqa ölkədə adambaşına düşən ümumdaxili məhsulun (ÜDM) yüksək olması həmin ölkənin dünya bazarının mühüm iştirakçısı olması deməkdir.

Dünyanın ən zəngin 10 müsəlman ölkəsi Qətər Dünyanın ən zəngin 10 müsəlman ölkəsi

Fars körfəzi ölkələri 1,7 milyon əhali ilə dünyanın ən zəngin ölkələri reytinqinə başçılıq edir. Qətərdə 2011-ci ildə adambaşına düşən orta ÜDM-in həcmi 88 min 919 dollar olub. Burada fəal inkişafın əsas mənbəyi təbii qaz, neft və neft məhsulları istehsalı və ixracatının durmadan artmasıdır.

Bildirək ki, futbol üzrə 2022-ci ilin dünya çempionatının keçiriləcəyi Qətər, həmçinin 2020-ci ilin Olimpiya oyunlarının ev sahibliyinə namizədliyini irəli sürüb.


Dünyanın ən zəngin 10 müsəlman ölkəsi Küveyt Dünyanın ən zəngin 10 müsəlman ölkəsi

3,5 milyon əhalisi olan ölkə bu siyahıda ikinci yeri tutur. 2011-ci il üçün adambaşına düşən ÜDM-in miqdarı 54 min 654 dollar olub. Küveytdə 104 milyon barel təmizlənməmiş (xam – red.) neft var ki, bu da dünya ehtiyatının 10%-ni təşkil edir. 2020-ci ilədək ölkədə neft hasilatının 4 milyon barelə çatacağı gözlənilir. Digər mühüm iqtisadi sahələr gəmiçilik, tikinti və maliyyə xidmətidir.

Dünyanın ən zəngin 10 müsəlman ölkəsi Bruney Dünyanın ən zəngin 10 müsəlman ölkəsi

Dünyada üçüncü ən zəngin müsəlman ölkəsidir. Burada 2011-ci ildə adambaşına düşən ÜDM-in həcmi 50 min 506 dollar təşkil edib. Ölkənin zənginliyi nəhəng təbii qaz və neft yataqları sayəsindədir. Ölkə iqtisadiyyatı son 80 il ərzində neft və qaz sənayesi sayəsində daha da inkişaf edib.

Dünyanın ən zəngin 10 müsəlman ölkəsi Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Dünyanın ən zəngin 10 müsəlman ölkəsi

Siyahıda dördüncü olan BƏƏ-nin gəlir mənbəyi ölkənin təbii sərvəti olan neft və qazdandır. Bu sahədən gələn gəlir ÜDM-in 25%-ni təşkil edir ki, bunun nəticəsində 2011-ci ildə adambaşına düşən ÜDM-in miqdarı 48 min 222 min olub. Ölkənin, xüsusilə də paytaxt Abu-Dabinin iqtisadiyyatında neft və təbii qaz ixracatı mühüm rol oynayır.

Dünyanın ən zəngin 10 müsəlman ölkəsi Oman Dünyanın ən zəngin 10 müsəlman ölkəsi

Dünyanın ən zəngin beşinci ölkəsi. Burada 2011-ci ildə adambaşına düşən ÜDM-in miqdarı 28 min 880 dollar təşkil edib. Ölkənin neft ehtiyatlarının həcmi isə 5,5 milyard bareldir.

Dünyanın ən zəngin 10 müsəlman ölkəsi Səudiyyə Ərəbistanı Dünyanın ən zəngin 10 müsəlman ölkəsi

Siyahının altıncısıdır. 2011-ci ildə adambaşna düşən ÜDM-in miqdarı 24 min 434 dollar olub. Qeyd edək ki, Ərəbistan dünyada neft ehtiyatlarına görə ikinci yeri tutur. Belə ki, "qara qızıl” ölkə ixracatının 95%-ni, dövlət gəlirinin isə 70%-ni təşkil edir. Burada, həmçinin qaz ehtiyatları da var ki, bu sərvətinə görə Səudiyyə Ərəbistanı dünyada altıncı yerdədir.

Dünyanın ən zəngin 10 müsəlman ölkəsi Bəhreyn Dünyanın ən zəngin 10 müsəlman ölkəsi

Dünyanın ən zəngin yeddinci müsəlman ölkəsi. 2011-ci ildə adambaşına düşən ÜDM-in həcmi 23 min 690 dollar olub. Neft bu ölkənin ən çox ixrac etdiyi məhsuldur.

Dünyanın ən zəngin 10 müsəlman ölkəsi Türkiyə Dünyanın ən zəngin 10 müsəlman ölkəsi

Dünyanın ən zəngin müsəlman ölkələri siyahısında Türkiyə səkkizincidir. Burada 2011-ci ildə adambaşına düşən ÜDM-in həcmi 16 min 885 dollar təşkil edib. Ölkədə iqtisadiyyatın ən mühüm sahəsi hesab edilən turizm olduqca fəal inkişaf edib. Türkiyə iqtisadiyyatının digər aparıcı sahələri tikinti, neft emalı, neft kimyası və maşınqayırmadır. Türkiyə gəmiqayırma üzrə dünyanın lider ölkələrindəndir və sifariş verilən gəmilərin sayına görə Çin, Yaponiya və Cənubi Koreyadan sonra dördüncü yerdədir.

Dünyanın ən zəngin 10 müsəlman ölkəsi Liviya Dünyanın ən zəngin 10 müsəlman ölkəsi

Bu siyahının doqquzuncusudur. 2011-ci ildə adambaşına düşən ÜDM-in miqdarı 14 min 100 dollar olub. Dünya neft ehtiyatının 1/10-na sahib olan ölkə dünyada neft istehsalı üzrə 17-ci yerdədir.

Dünyanın ən zəngin 10 müsəlman ölkəsi Malayziya Dünyanın ən zəngin 10 müsəlman ölkəsi

"Dünyanın 10 ən zəngin müsəlman ölkəsi” reytinq siyahısını Malayziya tamamlayır. Belə ki, burada 2011-ci ildə adambaşına düşən ÜDM-in miqdarı 15 min 589 dollar təşkil edib. Kənd təsərrüfatı məhsulları və neft üzrə əsas ixracatçı ölkə hesab olunan Malayziya, həmçinin ən böyük kauçuk və palma yağı istehsalçısıdır. Turizm ölkənin üçüncü ən böyük gəlir sahəsidir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. BaRCaLi_QiZ
    Azerbaycan niye yoxduye bizim olkemiz cooox gozeldi
  2. Drea..
    Biz MüseLman deyiLikki?? -_-xebere gore sagol maraqlı idi
  3. -Aydan-
    -Aaaa Türkiyədə bu sıradadı..
    -Maraqlı xəbər idi təşəkkürLər..
  4. AleDa
    • AleDa
    • 2 Kasım 2015 21:40
    Maraqlı melumatdı. Bu haqqda bır melumatım yox ıdı..
  5. SindireLLa
    BƏƏ behreyn Bruney olkələri haqda məlumatim var idi. coörafya dersinde kecmsduk. Maraqli məlumat idi. təşəkkürlər.
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.