▒ Ürəyim incələr yağış yağanda ▒

04 Kasım 2015
1 679
2
▒ Ürəyim incələr yağış yağanda ▒
▒ Ürəyim incələr yağış yağanda ▒

▒ Ürəyim incələr yağış yağanda ▒

Ürəyim incələr yağış yağanda,
Yadıma doğmalar,əzizlər gələr.
Nədənsə gecələr yağış yağanda,
Yuxuma dəryalar,dənizlər gələr.

▒ Ürəyim incələr yağış yağanda ▒

Gecə yağış yağar - min səs, min səda,
Tikanlı nəğmələr dinləyər gecə.
İynələr toxunan, iynələr batan
Zənci bədənitək inləyər gecə.

▒ Ürəyim incələr yağış yağanda ▒

Hıçqırar torpağın altında köklər,
Kölgələr yeriyər Xirosimada.
Bəlkə paltar yuyar xanım mələklər,
Allahlar ağlayar bəlkə səmada.

▒ Ürəyim incələr yağış yağanda ▒

Gecə yağış yağar - qəmlə köklənən,
Bir şair qəlbini əzizləməkçin.
Gecə yağış yağar - gündüz çirklənən,
Günahkar dünyanı təmizləməkçin.

▒ Ürəyim incələr yağış yağanda ▒

Səma sahibkarı kövrələr yenə,
Açar sandıqları, dəfinələri.
Gecə yağış yağar - yağar şerimə,
Yuyar hecaları, qafiyələri.

▒ Ürəyim incələr yağış yağanda ▒

Gözlərim yorulub yorğun Ay kimi,
Söndürüb işığı yatacağam mən.
İndi otağımı kəlağay kimi,
Gecənin çiyninə atacağam mən.

▒ Ürəyim incələr yağış yağanda ▒

İndi otağıma dolacaq gecə,
Gecəni yanımda qalacaq gecə.
Səhər açılanda mənim evimdən,
Qupquru çıxacaq bir otaq gecə


▒ Ürəyim incələr yağış yağanda ▒
RƏYLƏR
SindireLLa
İndi otağıma dolacaq gecə,
Gecəni yanımda qalacaq gecə.
Səhər açılanda mənim evimdən,
Qupquru çıxacaq bir otaq gecə
-Aydan-
Gecə yağış yağar - qəmlə köklənən,
Bir şair qəlbini əzizləməkçin.
Gecə yağış yağar - gündüz çirklənən,
Günahkar dünyanı təmizləməkçin.

ƏN SON XƏBƏRLƏR

HAMISI
Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (295)
19:00
0

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (295)

Sevdiyim Yazılı Şəkillər 2019 (85)
18:00
0

Sevdiyim Yazılı Şəkillər 2019 (85)

Qusma - hansı xəstəliklərin xəbərçisidir? - Qarşısını nələr alır...
17:00
58

Qusma - hansı xəstəliklərin xəbərçisidir? - Qarşısını nələr alır...

Məşhurların İnstagramda Son Paylaşdıqları - FOTO
16:00
128

Məşhurların İnstagramda Son Paylaşdıqları - FOTO

İki Kappuçino Yazılı Şəkilləri 2019 (28)
15:00
219

İki Kappuçino Yazılı Şəkilləri 2019 (28)

Yaddaşı gücləndirən 6 qida
14:00
95

Yaddaşı gücləndirən 6 qida

Bürclərin Sevilməyən Özəllikləri - Fotolar
13:00
267

Bürclərin Sevilməyən Özəllikləri - Fotolar

Ağrıkəsicilər öldürə bilər? - ARAŞDIRMA
12:00
56

Ağrıkəsicilər öldürə bilər? - ARAŞDIRMA

Şuba Salatı Resepti
11:00
137

Şuba Salatı Resepti

GERİ 1 2 3 4 5 6 7 8 9 10 ... 529 İRƏLİ