Bir Salama dəymədi

07 Kasım 2015
2 594
4
Bir Salama dəymədi
Bir Salama dəymədi




Bir Salama dəymədi

Üzünü yana tutdun söyə illərdə bəri
Qəlbimizin bir duyub bir vurduğu illər
Axı nə tez unutdun?
Bəs ildə gözümüzdən axan o sellər
Bir salama dəymədi?
Heç üzümə baxmadan yanımdan necə keçdin?
Sən eşqin salamını qorxuyamı dəyişdin?
Yoxsa sən öz əhdinə, ilqarına ağ oldun?
O qədər yaxın ikən bu qədər uzaq oldun?
Şirin gülüşlərimiz, aci fəğanlarımız
Bir salama dəymədi?
Qayğılı anlarımız, qayğısız anlarımız,
Bir salama dəymədi?
Sən neylədin bir düşün,
Ah indi anladım... Ah sən daha mənimçün
Əlçatmaz bir çiçəksən

Yanmış güllərim tək geri dönməyəcəksən
Qop ey tufan, əs ey yel! Xəzan olum tökülüm,
Düz beş il ürəyimdə
Bəslədiyim məhəbbət bir salama dəymədi?
Bir günlük həsrətimə dözə bilməyən gülüm
Bəs nə oldu bir salama dəymədi?
Getdin, arxanca baxdim, can ayrıldı canimdan
Sən necə etinasiz keçə bildin yanımdan?
Ah çəkdim başım üstə yarpaqlar əsdi gülüm.
Sənin qəlbin əsmədi
Niyə sənin yolunu məhəbbətin kəsmədi?
Qazancımız de bumu?
Deyilməməş bir salam əlvidamiz oldumu?
Sən mənə zülm etdin mənə zülm yaraşır,
Bir salama dəyməyən eşqə ölüm yaraşır


BƏXTİYAR VAHABZADƏ


Bir Salama dəymədi


Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Minyon giril
    ellerine salik cox beyendim redakteyi
  2. AleDa
    • AleDa
    • 7 Kasım 2015 12:30
    Gesey seırdı. Tewekkurler
  3. royus
    • royus
    • 7 Kasım 2015 11:21
    cox beyenirem bu seiri tesekkurler
  4. -Aydan-
    -Buyurun-..
    Sevdiyim şeirlərdəndir..
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.