Mən qulami xanədanam, padişahımdı Əli (İ. Nəsimi)

07 Kasım 2015
3 507
5
Mən qulami xanədanam, padişahımdı Əli (İ. Nəsimi)
Mən qulami xanədanam, padişahımdı Əli (İ. Nəsimi)

Mən qulami xanədanam, padişahımdı Əli (İ. Nəsimi)

Mən qulami xanədanam, padişahımdı Əli,
Ehtiyacım var ona püşdü-pənahımdı Əli,

Könlümü qıldı münəvvər, merhimanımdı Əli,
Qibləgahımdır Mühəmməd , səcdəgahımdır Əli.

Gəldilər həqdən bəyanə sirri ağaz etdilər,
Sözləri ilə bu cahan mülkinə pərvaz etdilər,

Həmdülillah biz gədanı məhrəmi raz etdilər,
Qibləgahımdır Mühəmməd , səcdəgahımdır Əli.

Ta əzəldən padişahımdır Həsən xülqi-riza,
Dünyavi üqbəda sərtacım Hüseyni Kərbala,

Nuri çeşmimdir İmam Zeynul-İbad,
Qibləgahımdır Mühəmməd , səcdəgahımdır Əli.

Canu dildən bəndəye Baqir qulami Cəfərəm,
Museyi-Kazım İmam Rzaya kəmtərəm,

Şah Təqi Baba Nəqi yolunda paki-bəstərəm,
Qibləgahımdır Mühəmməd , səcdəgahımdır Əli.

Masəva tərk eyləyib bizləri diyari ləhlətə,
Hakim onlardır bu gün layiq dir onlar hörmətə,

Lah deyənlər uğrayırlar bu cahanda möhnətə,
Qibləgahımdır Mühəmməd , səcdəgahımdır Əli.

Cümləmiz arzu edənlər Əskəriyyə əsgərüz,
Mehdiyi-Sahib Zamana biz təvəlla eyləriz,

Həmdillah eylə Ey Nəsimi, biz yolunu gözləriz,
Qibləgahımdır Mühəmməd, səcdəgahımdır Əli.


İmadəddin Nəsimi


muselman.ws


Mən qulami xanədanam, padişahımdı Əli (İ. Nəsimi)
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Bella
    • Bella
    • 19 Kasım 2015 16:49
    Səhv etmirəmsə bu qəzəldir. Ümumiyyətlə, Nəsimin qəzəlləri də şeirləri də mənim könlümü oxşayır. Düzdür, bu qəzəlini də bəyəndim. Amma " Ayrılır" qəzəlini daha çox xoşlayıram . Sağ olun paylaşdığınıza görə))
  2. Laura
    • Laura
    • 8 Kasım 2015 03:40
    Gozel weirdi Allah razi olsun coxx beyendim
  3. SaFFron
    Sitat: -Aydan-
    -Nəsimini hələ kafir adlandırırmışlar..

    Hakimiyyetde sünnüler idi o vaxt Nesimide Əli Şiəsiydi deyə ona rafizi diyirdiler, yəni dinden çıxmış, neinki Nesimiye bütün Şielere.

    Ən çox beyendiyim şairdi.Allah rehmet elesin Şairimize.Paylaşdığınçün çox sağol oxumuşam dəfələrlə..
  4. SindireLLa
    Paylaşimincun təşəkkür.
  5. -Aydan-
    -Nəsimini hələ kafir adlandırırmışlar..
    -Nə gözəl şeirdir..
    -Dəyərli xəbər idi təşəkkürlər.
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.