Selsi və Farengeyt

Selsi və Farengeyt
Selsi və Farengeyt

Selsi və Farengeyt

Selsi şkalası 1742-ci ildə bu temperatur ölçü sistemini ilk dəfə təklif etmiş İsveç alimi Anders Selsinin (1701-1744) şərəfinə adlandırılmışdır. Onun təklif etdiyi şkalada suyun donma temperaturu 0°, qaynama temperaturu isə 100° müəyyən edilmişdi.
Lakin sonradan digər məşhur İsveç alimi Karl Linney (1707-1778) (bəzi mənbələrə görə isə Martin Ştremer) bu şkalanı bizim bu gün adət etdiyimiz şəklə salmışdır. Belə ki, o suyun donma temperaturunu 0°, qaynama temperaturunu isə 100° kimi təklif etmişdir.
Bu şkalanın tətbiqi barədə ilk yazılı qeyd 1745-ci ildə Karl Linneyin öz tələbəsi Samuel Naklerə yazdığı məktub hesab edilir. Məktubda Linney Uppsala Universitetinin Botanika bağında qeydə aldığı temperatur fərqləri barədə tələbəsini məlumatlandırır.
Əvvəllər Selsi şkalasında dərəcənin təyin olunması standart atmosfer təzyiqinin müəyyən edilməsindən asılı idi, çünki, suyun donma və qaynama temperaturları atmosfer təzyiqi ilə birbaşa bağlıdır. Bu hal hər hansı ölçü vahidinin standart olaraq qəbul edilməsi üçün əlverişli deyil.
Buna görə də Kelvin şkalasının temperaturun ölçülməsi üçün əsas ölçü vasitəsi kimi qəbul edilməsindən sonra Selsi şkalasında 1 dərəcənin müəyyən edilməsi qaydası dəyişmişdir. Yeni qaydaya görə Selsi şkalasında 1 dərəcə 1 Kelvinə bərabərdir.


Farengeyt –1724-cü ildə alman fiziki Daniel Qabriel Farengeyt (1686-1736) tərəfindən irəli sürülmüş istilik ölçü vahididir. XX əsrin 60-70-ci illərinə qədər ingilisdilli ölkələrdə geniş istifadə edilsə də, sonradan Selsi şkalasının populyarlıq qazanması ilə istifadədən çıxmışdır. Hazırda yalnız ABŞ, Kayman adaları və Belizdə geniş istifadə edilir.
Bu şkalanın yaranmasının bir neçə versiyası var. Onlardan birinə görə Qabriel Farengeyt öz şkalasında 0-cı dərəcə kimi bərabər nisbətdə qarışdırılmış su və xörək duzunun donma temperaturunu, 100-cü dərəcə kimi isə insanın normal bədən temperaturunu götürmüşdür. Lakin burada Farengeyt səhvə yol verib. Belə ki, insanın normal bədən temperaturu 97,9 °F təşkil edir. Bunu isə başqa bir versiya ilə izah edirlər. Guya Q. Farengeyt öz həyat yoldaşının bədən temperaturunu əsas götürübmüş, lakin o bir qədər xəstə olduğuna görə onun bədən temperaturu normadan artıq olub və 2,1 °F fərq də məhz buradan qaynaqlanır. Q. Farengeyt həmişə hesab edirdi ki, onun şkalasında mənfi göstərici ola bilməz. Bu da onun heç vaxt soyuq ölkələrdə olmamasından irəli gəlir (Farengeyt şkalası ilə 0 °F Selsi şkalasında -18 °C-yə bərabərdir).

Fb Kitab

Selsi və Farengeyt
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Minyon giril
    melumat ucun cox sagol ellerive salik
  2. -Aydan-
    -Bir balaca məlumatım var idi ..
    -TƏşəkkürlər məlumat üçün..
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.