Buludun sevinc göz yaşları

10 Kasım 2015
3 077
4
Buludun sevinc göz yaşları
Buludun sevinc göz yaşları

Buludun sevinc göz yaşları

Buludun sevinc göz yaşlarıBalaca ağ bulud heyrətamiz idi. O, mavi səmada üzən gəmi kimi görünər, gah da dəvəyə çevrilərdi. Və ya sadəcə ağ quşa bənzəyərdi. Kim yatmaq istəyirdi, bulud yumşaq çarpayını xatırladardı. Dadlı bir şeylərin arzusunda olanlar isə buludu şirin pambıq kimi görürdü. Kimə çox isti idi, bulud gözəl qış fəslini xatırladırdı. Ucsuz-bucaqsız mavi göy üzrə səyahətdə bulud təəccüblənir, və ruhlanırdı. Amma bir bazar gününün səhəri o, qızıl günbəzlərlə bəzədilmiş, möhtəşəm məbədin üzərində sakitcə dayandı. Gözəl musiqi altında oxuyan gözə görünməzlərin səsini eşitdi. Hər kəs yaradanı salamlayır bir şey xahiş edirdi:

- İlahi, mənə sevməyi öyrət.

- Nə mənası var yaradandan sevgi istəməyin. Bulud düşündü:

- Bax, məsələn, o iki ağ buludlar, məbədin yaxınlığında yerə enirlər. Onlara üzüb yanaşım, onlardan ağıl öyrənim.

- Necə yaşayaq – Allaha necə yarayaq.

Bulud aşağı endi və eşidir:

- Nə gözəl yaz rəngli almalarımız var. Kim onlara baxırsa, ürəyi sevinclə dolur.

Bu isə yalnız bir alma verir. Axı həyatda hər kəs yaxşılığın bəhrəsini verməlidir. Nə üçün yaşayırıq? Həyatın məqsədi nədir? Hər kəs bu sualı özünə verir, və cavab tapmır. Onlar həyatla oynayır, onu mənasız hesab edirlər. Özləri üçün yaşayırlar, heç kimə faydaları dəymir. Kimə və nədə mən faydalı olacam? – Onlar deyəcəklər. Necə yəni nədə? Hər kəs özünə görə: Varlı - varlılığı ilə, sağlam olan – sağlamlığı ilə, rəhimli – ürəyi ilə, ziyalı – elimi, biliyi ilə. İnsan başqalarını xoşbəxt etmək üçün yaşamalıdır. Onda həyat mənasız, darıxdırıcı görsənməz. Bulud müdrik insanın sözlərinə qulaq asaraq qaraldı:

- Görən mən düz yaşayıram? Mənim qayğısız həyatımdan kiməsə xeyir gəlib?

Peşmançılıq göz yaşları ilə bulud dolurdu və daha çox qaralırdı.

- Yaxşı olardı ki, yağış torpağı təmizləyərdi - keşiş dedi.

- Bəlkə bizim almalar da yağış suyu ilə qidalanar, payızda bol bəhrə verər. Bax orda balaca qara bulud üzür. Bir az həcmi artsa, qurumuş torpağı canlandıracaq.

Vaxt gəlib çatdı və bulud ağlamağa başladı. Onun göz yaşları – xilasedici, sevinc göz yaşları idi.


Buludun sevinc göz yaşlarıBuludun sevinc göz yaşlarıBuludun sevinc göz yaşları
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Minyon giril
    wekil cox gozeldi ama gifleri hec sevmedim :) ellerine salik
  2. SindireLLa
    oxumuşdum çox gözəl hekayədi. təşəkkür edirəm.
  3. _afoRoz_
    Cox sagolun gozel hekayedi daha once oxumusdum
  4. -Aydan-
    -Sonluq gözəl idi..
    -Təşəkkürlər məqalə üçün.
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.