Andre Morua “Yad qadına məktublar”

Andre Morua “Yad qadına məktublar”
Andre Morua “Yad qadına məktublar”

Andre Morua “Yad qadına məktublar”

Annotasiya

“Yad qadına məktublar” (fransızca “Lettres à l’inconnue”) Morua yaradıcılığının ən yaxşı əsərlərindəndir. Yad bir qadına yazılmış məktublardan ibarət əsərdir. Bu məktublarda müxtəlif mövzulara toxunulur, məsələ yazıçı tərəfindən bir çox aspektdən izah edilir, faydalı məsləhətlər verilir.

Əsərdən seçilmiş hissələr

Bəli, bizim kumirimiz gözəl ayaqlara da malik olmalıdır, bütün başqa şeylərə də, çünki biz bədənsiz ilahələrin parıltısından yoruluruq.

Andre Morua “Yad qadına məktublar”

Xəyali ayrılıq qətiyyən çətin deyil.

Andre Morua “Yad qadına məktublar”

Fasilə vaxtı siz öz rəfiqənizə tərəf əyilib həvəslə soruşdunuz: "Necə etməli ki, sevimli olasan?" Bu vaxt, öz növbəmdə, mən də sizin tərəfə əyilmək və sizə Molyerin müasirlərindən birinin sözləri ilə cavab vermək istədim: "Başqalarının xoşuna gəlmək üçün onların ürəyinə yatan və onları məşğul edən məsələlərdən danışmaq lazımdır; gərək əhəmiyyətsiz şeylər barədəki mübahisələrdən vaz keçəsən, nadir hallarda nəsə soruşasan və heç bir halda onlardan ağıllı olduğun barədə şübhələnmələrinə əsas verməyəsən".

Andre Morua “Yad qadına məktublar”

Biz heç zaman qadını darıxdırmarıq. Əgər qadınla onun xasiyyəti və gözəlliyi barədə danışsaq, əgər ondan uşaqlığı, zövqləri, yaxud onu kədərləndirən şeylər haqqında soruşsaq. Siz də heç zaman kişiləri darıxdırmazsınız. Əgər özü barəsində danışmasını ondan xahiş etsəniz.

Andre Morua “Yad qadına məktublar”

"Hər cür haqlı irad adama toxunur", – Stendal belə deyirdi.

Andre Morua “Yad qadına məktublar”

"Əgər biz hamımız hamımızın haqqında deyilənlərin hamısını bilsəydik, onda heç kim heç kimlə danışmazdı". Amma bəla orasındadır ki, hamının hamı barədə nə danışdığını gec-tez hamı öyrənir.

Andre Morua “Yad qadına məktublar”

Bəyəm eyni vaxtda həm kimisə sevmək, həm də ona pərəstiş etmək mümkün deyilmi? Əlbəttə ki, mümkündür, amma bir şərtlə, əgər həmin adam öz üstünlüyünü təkəbbürlə ifadə etmirsə və öz növbəsində bu üstünlük başqalarına onu himayə etməyə imkan verən xırda zəifliklərlə tarazlıq təşkil edirsə.

Andre Morua “Yad qadına məktublar”

Əgər qadın kişinin insan olduğunu yaddan çıxartmasa, belə qadın hətta dahi insanın da zəhləsini tökməyəcək, onu heç vaxt boğaza yığmayacaq.

Andre Morua “Yad qadına məktublar”

Necə etməli ki, sevimli olasan? Heyran etmək istədiyiniz adama özündənrazı olmağa tutarlı dəlillər verməklə. Sevgi başqa insanın xoşbəxtliyi ilə çulğaşan şəxsi gücün xoş duyğusunu hiss etməkdən başlanır. Xoşa gəlmək həm bəxşiş vermək, həm də onu qəbul etmək deməkdir. Ey mənim qəlbimin yad qadını (ispanlar demiş), bax mən sizə belə cavab vermək istərdim.

Andre Morua “Yad qadına məktublar”

Heç vaxt özünüz haqqında pis şey danışmayın. Bunu sizin dostlarınız edərlər.

Andre Morua “Yad qadına məktublar”

Hər şey gec-tez adamı yorub təngə gətirir, hətta başqalarının səni sevməsi də.

Andre Morua “Yad qadına məktublar”

Bəşər övladının bir çox nümayəndələri belə yaranmışdır ki, onlar sevimli olmağa asanlıqla vərdiş edir və həddən ziyadə əmin olduqları hisslərin üstündə çox da əsmirlər.

Andre Morua “Yad qadına məktublar”

Mən qonaqların qarşısında məmnuniyyətlə oxuyan gənc bir qız tanıyırdım; qız çox qəşəng idi, bu səbəbdən də hamı onun tərifini göylərə qaldırırdı. Yalnız cavan bir oğlan heç nə danışmırdı.
– Bəs siz?–nəhayət, qız dözməyib ondan soruşdu.–Mənim necə oxumağım sizin xoşunuza gəlmir?
– Nə danışırsınız? Əksinə!–gənc oğlan cavab verdi.–Əgər səsiniz də olsaydı, bu, sadəcə, qiyamət olardı.
Bax qız elə bu gəncə də ərə getdi. Əlvida.


Andre Morua “Yad qadına məktublar”

"Simasızlıq. Oxşarlıq. Soyuqqanlılıq" –sevginin mövcud olmadığı həmin dünyanın vəhdət təşkil edən üç ünsürdən ibarət devizi belədir.

Andre Morua “Yad qadına məktublar”

Bəşəriyyət heç də düşünüldüyü qədər çox deyil, ümumiyyətlə, az dəyişir. O, dəniz kimidir: üstü coşur, təlaş keçirir, ancaq insan qəlbinin girdabına yuvarlanmaq yetər ki, vacib hissiyyatların dəyişməzliyinin şahidi olasan.

Andre Morua “Yad qadına məktublar”

Sevmək sonradan zərurətə, inadkar istəyə, beyindən çıxmayan zəhlətökən ideyaya qədər böyüyüb artan hansısa imkan haqqında fikirləşərkən keçirdiyin həyəcan deməkdir

Andre Morua “Yad qadına məktublar”

Heç bir şey gənc oğlanı laqeyd yanaşdığı qızın iddiası qədər qıcıqlandırmır.

Andre Morua “Yad qadına məktublar”

Bu gün biz bütün bunları dəyişdirmişik. Artıq özümüz üçün ömür yoldaşı seçərkən bizdə varidat müəyyənedici rol oynamır, belə ki, hazırda işləyən savadlı qadın, yaxud yaxşı ixtisasa malik olan kişi dəyərini qəfildən itirə biləcək hər hansı cehizdən xeyli yüksək qiymətləndirilir. Ali, yüksək məhəbbət də, romantik sevgiyə meyil də-köhnə əsrlərin mirası–artıq öz əvvəlki əzəmətini itirib. Niyə? Əvvəla, o səbəbdən ki, bərabər hüquqlar əldə etmiş qadın kişi üçün artıq əlçatmaz, sirli bir varlıq deyil, sadəcə, yoldaşdır; ikincisi, ona görə ki, indi gənc qızlar sevginin fiziki tərəfləri barədə heç də az şey bilmirlər və sevgi-nikah məsələlərinə ayıq gözlə baxırlar.

Andre Morua “Yad qadına məktublar”

Ey mənim yad rəfiqim, bəla piramidasının altını üstünə çevirməyin və altı yanmış piroqu, sapı qaçmış corabları, heç bir günahı olmayan adamların qovulmasını və təhlükə altına düşən sivilizasiyanı tərəzinin eyni gözünə qoymayın.

Andre Morua “Yad qadına məktublar”

Biz öz uşaqlarımızı bu ağır sarsıntılardan yalnız onda xilas edə bilərik ki, bir şeyi heç zaman yaddan çıxarmayaq: uşaqlar kəskin marağa malikdirlər və bizdən daha həssasdırlar. Bu analar üçün dərsdir.

Andre Morua “Yad qadına məktublar”

Qadın bədəni çimərliklərdə hamının nəzərləri üçün açıqdırsa, hansı qısqanclıqdan söhbət gedə bilər…

Andre Morua “Yad qadına məktublar”

Ey mənim qəlbimin yad qadını, siz hiss etmisinizmi ki, bizim qüsurlarımız da uğurlarımız qədər, bəzən hətta uğurlarımızdan da artıq dərəcədə xoşagələn ola bilər? Axı uğurlar sizi göylərə qaldırmaqla yanaşı, bir başqasını alçaltmış olur, halbuki, bu vaxt çatışmazlıqlar başqalarının sizə qərəzsiz şəkildə gülməsinə imkan verməklə onları öz gözlərində göylərə qaldırır. Naqqallığı, çərənçiliyi qadına bağışlayırlar, haqlı olmasını isə bağışlamırlar.

Andre Morua “Yad qadına məktublar”

Bu paxıl ölkədə gülünc görsənmək məşhurlaşmağın yeganə təhlükəsiz üsuludur.

Andre Morua “Yad qadına məktublar”

Tələbkar oldunsa, deməli, adamları maraqlandıracaqsan.
Nəsihət: özünüzü təbii aparın və əgər bu, sizə xasdırsa, bir az da obrazlı. Buna görə sizə minnətdar olacaqlar.

Andre Morua “Yad qadına məktublar”

Əgər sizin nifrətiniz öz təsdiqini tapsa, bu o deməkdir ki, sizdə məğrurluq hissiyyatdan daha güclüdür.

Andre Morua “Yad qadına məktublar”

Gözlənilməzlik qələbənin girovlarından biridir. Tamaşalar az, lakin parlaq olmalıdır, xanım.

Andre Morua “Yad qadına məktublar”

Mən belə güman edirəm ki, öz peşəsinin texnikasına son dərəcə yaxşı bələd olan hər bir romançı günahkardır.

Andre Morua “Yad qadına məktublar”

Yazıçı taleyin ədalətsizliyinə görə imkan daxilində özünü mükafatlandırır.

Andre Morua “Yad qadına məktublar”

Tamaşaçı qulaq asmır, əgər qulaq asırsa, deməli, eşitmir, əgər eşidirsə, deməli, anlamır

Andre Morua “Yad qadına məktublar”

Sakitlik bizə öz sirli düşüncələrimizin əks-sədasını qaytaran gözəgörünməz divardır.

Andre Morua “Yad qadına məktublar”

Siz, ey mənim əziz dostlarım, sevdiyim adamın adından sizə ərz edirəm ki, məhəbbətdə faciə yoxdur. Faciə yalnız sevginin yoxluğunda gizlənib. Parçalanmış, ikiyə bölünmüş duyğular xoşbəxtlik olmaya bilməz


Andre Morua “Yad qadına məktublar”

Sizin təbiətiniz elədir ki, göz yaşları qəlbinizdə baş verən təbəddülatı, daxilinizdəki boşluğu, sınıqlığı, adətən, yaxşılığa doğru dəyişir.

Andre Morua “Yad qadına məktublar”

O, belə fikirləşirdi ki, kitabı açan kimi lazımi səhifəni tapa bilməyən adam müəllifi tanımır.

Andre Morua “Yad qadına məktublar”

İkinci üsul – kirpiklərini bir-birinə sıxan kimi həmişə gözlərin qabağında yaranan parlaq işıq ləkələrini diqqətlə müşahidə etmək və onların cizgisində adamları, yaxud əşyaları tanımağa çalışmaq. Hansısa müddətdən sonra bu obrazlar yuxu gətirir. Bax beləcə, siz ölü nöqtədən tərpənmiş olursunuz.
Üçüncü və ən asan üsul – həkimdən yuxugətirici dərman xahiş etmək. Yuxu həbi yuxusuzluqdan az təhlükəlidir.

Andre Morua “Yad qadına məktublar”

KKO
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Minyon giril
    wekle redakte hec uymur rengleri qariwdimak evezinde 1 rengle edib daha gozel redakte elde ede bilerdiz :)
  2. -Aydan-
    Hər şey gec-tez adamı yorub təngə gətirir, hətta başqalarının səni sevməsi də.
    -Bəli doğru fikirlər idi təşəkkürlər.
  3. SindireLLa
    oxuya bilmədim yani cox uzun idi oxumaqa cəkindim) yenədə saqol
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.