Gecələr sübhə kimi vay Hüseyn vay demişəm

11 Kasım 2015
2 202
1
Gecələr sübhə kimi vay Hüseyn vay demişəm
Gecələr sübhə kimi vay Hüseyn vay demişəm
Gecələr sübhə kimi vay Hüseyn vay demişəmGecələr sübhə kimi vay Hüseyn vay demişəmGecələr sübhə kimi vay Hüseyn vay demişəm

Vaxt o vaxt oldu qoyub məclisi-əğyar qədəm,
Başda bir iddə ürək dağlı ğəzəlani-hərəm,
Hamı xəstə ənduhü-qəmü-dərdü-ələm,
Ali-ətharı görüb durdu ayaq üstə Yəzid,
Başladı söhbətə ol zalımü-bişərmü-pəlid.

Dedi Zeynəb sizi Allah necə gör xar elədi,
Alıb ənsarini əldən səni biyar elədi,
Gözlərində gününü həmçu şəbi-tar elədi,
Öldürüb qardaşını qəlbini yandırdı fələk,
Məhzərimdə səni qolbağlı dayandırdı fələk.

Zeynəbə gətdi Yezidin sözü şuru-həyəcan,
Qanı az qaldı dayansın özünə verdi təkan,
Dedi zalım, nə dedin, lal olasan bircə dayan,
Vurma töhmət bizə ey fərdi-kəsifi-əməvi,
İftiradan bilirsən pakidi nəsli-Ələvi.

Hübbi-dünya necə həqdən səni gör dur e,ləyib
Belə məlum olur qüdrət səni məğrur eləyib,
Beş günün səltənəti gözlərini kor eləyib,
Fəxr edirsən görürəm baxdıqca hər tərəfə,
Belə fikr eyləmədünyada çatıbsan hədəfə.

Xarici biz deyilik şərm elə, ey şumi-dəni,
Bu qədər tiri-şəmatətlə nişan etmə məni,
İzzətin zillət olar dəhridə bir gün ələni,
Dəsti-həqq qardaşımın qanını səndən alacaq,
Qara məcərilə Səkinəm səni təxtdən salacaq.

Rəvişin ziddi-Xudadır, əməlin mayei-nəng,
Ələnən dini-Xuda ilə varındı səri cəng,
Sitəmilən eliyibsən bu cahanı bizə təng,
Bu qədər bəsdi inad üstə dəxi durma, Yezid,
Qızlarının qabağında o başı vurma, Yezid.

Doğranıb dəşti-bəla içrə Peyəmbər balası,
Qan edib hicrinə göz yaşını Zəhra anası,
Vardı qəlbində Əli Əsğərü-Əkbər yarası,
Gülşənü-güllərinə badi müxalif əsilib,
Zülmilə qardaşımın başı qəfadan kəsilib.

Yandırar nisgili dünyada məni qəm zədəni,
Gəzir əllərdə onun qana batan pirəhəni,
İsti qum üstə qalıb üç gecə-gündüz bədəni,
Bağrıqan qızları cari eləyib göz yaşını,
Nizəyə vurduz onun zülmilə qanlı başını.

Çoxdu bu yarəli başın qəmü-dərdü-kədəri,
Nizə üstə dolanıb kuçə və bazariləri,
Qəlbimi yarələyib qissə təlxi səfəri,
Xeyziranı yerə qoy,qan eləmə göz yaşımı,
Yarmışam Kufədə bir yol ona xatir başımı.

Yeddi qardaşımın hicrində ürək dağlamışam,
Seyli-əşki üzümə həsrətilə bağlamışam,
Ağlayan vaxtı yetimə balalar ağlamışam,
Gecələr sübhə kimi vay Hüseyn vay demişəm,
Yatmayan vaxtı Səkinə ona lay-lay demişəm.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. -Aydan-
    -BU şeiri mərsiyə kimi bu il qətildə eşitdim gəldim nə qədər youtubedə yazdım tapa bilmədim, indi xəbərin adın gördüm sevindim.. Həmin mərsiyədi..
    -Allah razı olsun dəyərli xəbərdir..
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.