Yazmadığım sətirlərin ölmüş qoxusu...

12 Kasım 2015
1 480
3
Yazmadığım sətirlərin ölmüş qoxusu...
Yazmadığım sətirlərin ölmüş qoxusu...

Yazmadığım sətirlərin ölmüş qoxusu...

Ayağımın altında çırpındıqca dalğalar
Ötüb keçirdi beynimdən bir-bir ifadə olunmamış duyğular.
Bəlkə,bir gün keçər deyə
Heç yazılmamış olanlar var
Daha neçə hekayə yaşanmalıdır axı
Doğulmayanları basdıra bilmək üçün.
Titrədir toxunduqca vücuduma mavi sular
Bu dünyaya hələ gəlmədən getməklə cəzalananları
Susdura bilmədiyim üçün.
Qarışır sahilə göz yaşlarımda
Yaza bilmədiyim cümlələrin isyanları.
Bəs düşünməsən keçər demişdilər axı,
Hər gələn bir əvvəlki misranı unutdurmalı
Keçmədi və unutdurmadı.
Susur qələm, danışır göz yaşları
Yazmır əllərim duyduqlarını,
Səpələnir vərəglərə yanaqlarımdan süzülənlər
Bəlkə, toxunduqda mürəkkəb olar deyə
Sona yaxınlaşdıqca daha da alovlanan bir şam kimi
Hələ də alışmaqda ümidlər.
Sönmür unudulsa belə yazılmaq arzusu..
Donub qalmış gözlərimin ən parlaq yerində
Üstündən keçərək yazmadığım sətirlərin

Ölmüş qoxusu.

Yazmadığım sətirlərin ölmüş qoxusu...
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Minyon giril
    rengin qara etsez gife cox gozel uyardi :) ellerive salik
  2. AleDa
    • AleDa
    • 12 Kasım 2015 10:55
    Seırı cox beyendım..

    Keçmədi və unutdurmadı.
    Susur qələm, danışır göz yaşları
    Yazmır əllərim duyduqlarını,
    Səpələnir vərəglərə yanaqlarımdan süzülənlər.
  3. -Aydan-
    -çOxda bəyənmədim.. Yenədə təşəkkürlər..
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.