Paltarım əzilər
Yolda qarşılaşdığımız zaman azan verilirdi.
- Gəl gedək məscidə. Yəqin bilirsən bu gün cümədir.
- Bilirəm. Amma sən də bilirsən ki, mən heç vaxt məscidə getmirəm.
- Məscidə getmədiyini bilirəm. Amma maraqlıdır, məscidə niyə getmirsən?
- Nə bilim! Özün bilirsən ki, geyim həvəskarıyam. Düşünürəm ki, məsciddə oturub qalxarkən şalvarımın dizləri çıxar həm də yerə sürtülüb, rəngi pozular.
Özümdən asılı olmadan gülməyə başladım:
- Hər halda zarafat edirsən, bunun üçün məscid tərk edilərmi?
- Ciddiyəm. Özü də yaşıl rəngin dəlisi olduğumu bilirsən.
Həqiqətən elə idi. Çox vaxt geyindiyi paltarlar yaşıl rəngin fərqli çalarlarında idi. Geyindiyi hər şey təzə kimi idi.
- Bəs həyatında heç olmasa bir dəfə də olsa məscidə getməmisənmi?
- Uşaq ikən bir dəfə babam ilə getmişdim. Amma artıq inanmıram ki, nə vaxtsa məscidə gedəcəm.
Söylədikləri məni dəhşətə gətirmişdi. Söhbəti açdığıma da peşman olmuşdum. Bir qədər getdikdən sonra ayrıldıq.
Bu hadisədən iki ay keçmişdi. Onun məsciddə olduğunu eşitdim. Tələsik həmin məscidə yollandım. Bəli məsciddə idi, özü də namaz səflərinin ən önündə. Yenə də yaşıla bürünmüşdü. Yavaşca yanına yaxınlaşdım:
- Nə oldu? Bəs bir daha məscidə gəlməyəcəkdin?
Heç səsini çıxarmadı. Yaşıl örtüklü tabutun içində sakit sakit yatırdı...
Körpə dünyaya gələrkən ağlıyır, ətrafındakılar isə sevinir və gülür. Dünyadan gedəndə isə elə getməliyik ki, ətrafımızdakılar ağlarkən biz sevinək...