Ünsiyyət

14 Kasım 2015
1 770
2
Ünsiyyət
Ünsiyyət



692.İmam Əli (ə):«Haqdan başqa heç nə ilə ünsiyyətdə olub isinişmə və batildən başqa heç nədən üz döndərmə.»

693.İmam Sadiq (ə):«Üç şey ünsiyyət və həmdəmlik amilidir: ailəsi ilə yola gedən arvad, saleh övlad və səmimi dost.»

694.İmam Rza (ə):«Çox ünsiyyətdə olmaq heybət və əzəməti aradan aparar.»

205. Allahla ünsiyyətdə olmaq

695.Allahın Peyğəmbəri (s):«Kim günah xarlığından itaət başucalığı ilə çıxsa, Allah yoldaş və həmdəmsiz onun həmdəmi olar və mal və sərvətsiz ona kömək edər.»


696.İmam Əli (ə):« Kim camaatdan uzaqlaşsa, Allah ilə ünsiyyət tapar.»

697.İmam Sadiq (ə):«Allah hər bir möminin imanını onun həmdəm və qəlb rahatlığı (amili) edər.Belə ki, əgər dağın zirvəsində olsa, təklik hiss etməsin.»

698.İmam Əskəri (ə):«Allahla ünsiyyətdə olan kəs camaatla həmdəm olmaz.»


Ünsiyyət
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Minyon giril
    Allah razi olsun oxudum deyerli xeber ucun cox saol
  2. -Aydan-
    İmam Əli (ə):« Kim camaatdan uzaqlaşsa, Allah ilə ünsiyyət tapar.»
    -Nə gözəl sözdür..
    -Allah razı olsun dəyərli xəbərdir.
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.