İki qardaş

18 Kasım 2015
4 162
5
İki qardaş
İki qardaş

İki qardaş

Ailədə iki qardaş idik. Qardaşım məndən tamam fərqlənirdi. O qəddar və zalım birisi kimi ad qazanmışdır. Hər bir kəsə pislik edər, acılayar və günlərini günahlar içində israf edərdi. Qohumlar, qonşular və bizi tanıyan hər kəs onun necə pis insan olduğunu bilirdi. Hətta o dərəcəyə çatdı ki, hamı ona nifrət etməyə başladı. Hətta valideynlərim də...
Və bir gün atam onun etdikləri müqabilində qardaşıma bəd-dua etdi və Allahdan onun üçün ölüm dilədi...
Beləcə aylar keçdi. Biz evimizi satıb başqa bir yerə köçdük. Burada da qardaşım qonşulara zülm etməyə başlamışdı. Lakin qonşularımızdan biri məscid imamı idi. Və daim qardaşımla qarşılaşdıqda üzünə gülümsəyər və deyərdi:

- “Əssələmu aleykum va rahmətullahi və bərakətuh!”

Qardaşım öz-özünə düşünər və bizə deyərdi: “Mən bu kəslə nə qədər pis rəftar etsəm də o hər gün üzümə gülümsəyib salam verir.”

Bu bir müddət təkrarlandı. Sonda əlhəmdulilləh, qonşunun bu həlim münasibəti qardaşımın hidayətə gəlməsinə səbəb oldu. O dəyişilməyə başladı. Allahu təalə onun qəlbinə iman nurunu daxil etmişdi. Qardaşım namaz qılmağa başladı və gündəlik məscidə gedirdi. Hətta o dərəcəyə çatdı ki, günlərini məsciddə keçirər və qardaşlara Quran öyrədərdi.
Allahu təalənin qardaşıma verdiyi bu hidayət hər kəsi sevindirirdi. O həqiqətən, mömin bir bəndə olmuşdu. Lakin qardaşım atamın illər öncə onun üçün etdiyi bəd-duadan yan keçə bilmədi. Bir gün evdən çıxıb yolu keçərkən maşın onu vurdu və o yerindəcə keçindi.
Allah ona rəhmət etsin. Həqiqətən, Rəbbim qardaşıma gözəl bir sonluq nəsib etdi və mömin kimi ruhunu aldı.

Allahım, bizə də gözəl sonluq nəsib eylə...

İki qardaş
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. _MuRaD_
    AMIN! Bilmirem meni tanidiniz, ya yox.. Men kohne FeaT.Az-liyam... Ele adim da: _MuRaD_ idi.. Neyse.. Cox gozel ve tesirli idi! Ellerin derd gormesin!
  2. allah bendesi
    amin inwALLAH.ibretlik hekaye sonda dogru yola gelib gozel emeli ile dunyadan kocmesi coxxx gozel olmuw.ellerin var olsun paylawim ucun cox sag ol
  3. Minyon giril
    Allah razi olsun oxudum deyerli xeberlere gore cox saol
  4. -Aydan-
    - “Əssələmu aleykum va rahmətullahi və bərakətuh!”
    -Çox dəyərli hekayə idi, bəli yaxşılıq etsək yaxşılıq görərik..
  5. Bella
    • Bella
    • 18 Kasım 2015 01:21
    Çox maraqlı və ibrətli hekayədir. Həqiqətən də bu cür hekayələri oxumaq lazımdır. Hekayədə qardaş dəyişilsə də yenə də atanın Allahdan istədiyi bəd duası həyata keçir. Onun üçün də hayatda yaxşılıq edək ki, kiminsə bəd duasına tuş gəlməyək. Çalışaq yaxşı əməllərimizlə yadda qalaq. Amin .
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.