Soyuducudan məktub- Qaraqan

24 Kasım 2015
1 638
2
Soyuducudan məktub- Qaraqan
Soyuducudan məktub- Qaraqan



Bilirsiniz mən indi haradayam? Mən soyuducunun içindəyəm. Mən bu axmaq soyuducunun içindəyəm. Soyuducunun içindən məktub yazan adama nə deyərsiniz?
– Dəli.

Mən də deyərdim. Iki ay əvvəl bu restoranda işə düzəldim. Hər şey yağ kimi gedirdi. Bu günə kimi.

Amma o sarsaq italiyanın meymunu masanın üzərinə çıxıb şamları süfrəyə yıxmasaydı mən indi soyuducuda son sözlərimi yazmazdım. İndi həmişəki kimi oturduğum menecer otağında çayımı içərdim. Bilmirəm necə oldu amma süfrə birdən-birə alışdı.

Bəlkə içkilərdəki spirtə görə alov belə güclü oldu. Bilmirəm… Tərslikdən döşəməni də səhər spirtli məhlulla silmişdilər. Par- par parıldayırdı. Süfrədən bir parça od yerə düşən kimi bütün restoran alışdı. Mən yanğın söndürəni götürmək istədim amma gec idi. Bütün restoran yanırdı.

Divardakı rəsmlər, pərdələr, xalçalar, masalar. Alov bara çatanda partlayış baş verdi. Camaat qaçmaq istəyirdi amma qapı tərəfdə alov lap güclü idi. Adamlar pəncərədən tullanırdı. Mən isə çatdırmadım. Hər şey bir dəqiqənin içində baş verdi.

Od məni qova-qova mətbəxə saldı. Beş saniyənin içində mətbəx də alışdı. Mən də məcbur olub bu soyuducuya girdim. Soyuducu otaq kimi böyükdür- evdəkilərdən deyil. Içəridə də mənfi 48 dərəcə şaxta var. Indi mən nazik köynəkdə bu soyuducunun içində donuram. Soyuducunun qapısını da içəridən açmaq olmur. Lap açsam da alov məni yandıracaq. Mən donuram!!! Həyatın ədalətsiz və mənasız olduğunu bilirdim. Amma bu qədər mənasız yox daa. Mən belə ölmək istəmirəm. Istəmirəm desinlər ki “ Restoranda YANĞIN baş verdi və o DONDU ”. istəmirəm ölümüm bu qədər düşük olsun. 15 dəqiqədir buradayam. Artıq dodaqlarım çatlayıb. Bütün bədənib göyərib. Yanğının içində donuram.

Bütün həyatımı karyera qurmağa sərf etmişdim. Hər şeyin yaxşı getdiyi bir vaxtda bütün planlar puç oldu. Mənim bioqrafiyamda 4 cümlə yazılacaq. Doğuldu, oxudu, işlədi, öldü. Dördü də boş və dəyərsiz. 5 ildən sonra məni hamı unudacaq. Amma bir gün yanğın söndürənlərdən biri öz nəvələrinə danışacaq ki, yanğın zamanı donan birisi də olmuşdu.

Nəvələrin ağzı açılı qalacaq. Baba isə sevinib bu hekayəni ətraflı danışacaq.uşaqlar qulaq asıb üzüləndə onlardan ən kiçiyi qaqqıldayacaq. Sonra digər uşaqlar da güləcək. Ehhh…

Artıq yaza bilmirəm, barmaqlarım donur. Son söz olaraq demək istəyirəm:

RESTORANINIZA MEYMUNLU İTALİYANLARI BURAXMAYIN!

ƏN ƏSASI: YANĞIN ZAMANI SOYUDUCUYA GİRMƏYİN!


Soyuducudan məktub- Qaraqan
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. -Aydan-
    -Hekayələri gecə oxuyuram.. ancaq maraqlı gəldi bir iki cümlə oxudum maraqlı idi axşam oxuyacam..
    -Təşəkkürlər.
  2. ...Love life...
    maraqli idi ellerine salik
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.