Ilk Şalvar Geyinən Qadın


Tarixdə ilk dəfə şalvarı məhz Şərq qadınları geyiniblər. Hətta bəzi qaynaqlarda yazılan məlumatlara görə, 3 min il bundan əvvəl şalvarı Assur padşahının həyat yoldaşı Semiramida dəbə salıb. Şalvarın qadın qarderobuna tam şəkildə keçməsi isə XX əsrdə baş verib.
Bu gün bir çox məsələdə özümüzə örnək götürdüyümüz Avropada orta əsr xanımı şalvar geyinsə, onu dərhal tonqalda yandırardılar. Ona görə də avropalı qadınlar uzun ətəkli donlarda gəzirdilər. Hətta dizdən olan donların altından şalvar geyinmək belə onların ağır cəzalandırılması ilə nəticələnə bilərdi.