90 dəqiqəyə necə aşiq etmək olar?

23 Eylül 2014
1 970
0
90 dəqiqəyə necə aşiq etmək olar?
90 dəqiqəyə necə aşiq etmək olar?

Elə bilirsiniz kişiləri 90 dəqiqə əsir edən yalnız futbol ola bilər? Araşdırmalara görə, iki şəxsin bir-birinə aşiq olması üçün 90 dəqiqə kifayət edir. Bu zaman kəsiyində sizi bir-birinizə yaxınlaşdıracaq ortaq nöqtə və maraqlarınız meydana çıxa bilər. Və siz onu tamamilə özünüzə aşiq edə bilərsiniz. Ən sevimli paltarınızla, əlinizdə bir moxito bar masasının kənarında oturursunuz. Saat 21:30-dur və onu özünüzə aşiq etməyiniz üçün saat yarım vaxtınız var. Çox utopik səslənir? Əslində isə bu, çox asan məsələdir. 0-5 dəqiqə: İlkin müşahidə Məşhur psixoloq, insan münasibətləri haqda çoxsaylı kitablar müəllifi olan Nikolas Buzmen birlikdə çalışdığı 2100 cütlükdən üçdə birinin ilk görüşdə bir-birilərinə aşiq olduqlarını müəyyən edib. Onun sözlərinə görə, insan beyni rastlaşdığı ilk beş saniyə içində qarşısındakı insanı bəyənib-bəyənməyəcəyini müəyyən edir. Xoşunuza gələn cənaba yaxınlaşmadan öncə qamətinizi düzəldin. Qamət ilk görüşdə böyük rol oynayır. Nə qədər banal səslənsə də, qeyd etməliyəm ki, qamətiniz sizin sağlamlığınız və özgüvəniniz haqqında kifayət qədər məlumat verir. Daha sonra özünüzü çox rahat və təmkinli hiss etdiyinizi xatırlayın. Beləliklə, pozitiv ruh halınız həm üz cizgilərinizə, həm də hərəkətlərinizə sirayət edəcək. Onunla göz təması qurmaqdan çəkinməyin. 5-10 dəqiqə: Başlanğıc mərhələsi İnsanların çox olduğu sosial mühit bu proses üçün seçilmiş ən düzgün məkandır. Rastlaşdığınız hər hansı bir partidə ev yiyəsindən başqa heç kəsi tanımadığınız üçün çox rahatlıqla ona yaxınlaşa bilərsiniz. Amma heç tanımadığınız birinə yaxınlaşıb ilk addımı atmağınız düşündüyünüzdən bir balaca çətin ola bilər. Bunu həyata keçirmək üçün ilk addımı dostca atın. Yanına yaxınlaşın və köhnə tanış kimi onunla söhbətə başlayın. Bunun üçün dünya müharibəsinin ağır nəticələri və hazırki siyasi proseslərin acınacaqlı vəziyyətindən danışmaq lazım deyil. Əyləncəli və maraqlı mövzular seçin. Məsələn, yağışlı bir gündə “yağışdan zəhləm gedir” demək əvəzinə, “saçlarım gör nə günə qalıb” deyib gülümsəyə bilərsiniz. Əgər cavab versə, deməli onun diqqətini çəkmisiniz, yox cavab almasanız, deməli, yanlış sahilə lövbər salmısınız. Sözüm onda deyil, siz konkret “hə” və “yox” cavabları ala biləcəyiniz suallardan qaçmağa çalışın. Elə mövzulardan danışın ki, o, öz fikrini bildirsin. Bununla söhbətinizin ardı gələcək. 10-30 dəqiqə: Bədən dili önəmlidir Siz “ona nə danışım?” deyə düşünərkən, o, sizin bədən dilinizlə ötürdüyünüz mesajları çözməyə çalışacaq. Nikolas Buzmenə görə, qarşımızdakı insan öz duyğularımızın 55 %-ni bədən dilimizlə ötürə bilərik. Deməli, kifayət qədər rahat və pozitiv olmaq lazımdır. Qollarınızı və ayaqlarınızı çarpazlaşdırmayın. Hərəkətləriniz kifayət qədər ləng və zərif olsun. Ona tez-tez gülümsəyin. Təbəssümlə sizə cavab verəcəyinə söz verirəm. Həmçinin, söhbət əsnasında eqosuna sığal çəkə, onu özü də bilmədən tərifləyə bilərsiniz. Əsas qızıl qayda “mən də” sözüdür. Qoyun ortaq nöqtələrinizin çox olduğunu görsün. Amma “dünən dostlarımla futbol oynayıb səhərə kimi içdik” kimi cümlələrdə “mən də”dən istifadə etməyə bilərsiniz. 30-60 dəqiqə: Kimya yaradın Özümüzü bir başqasıyla oxşar hiss etdiyimizdə bədən dilimiz özü-özünə məsələni çözür. Belə ki, artıq jestləriniz və mimikalarınız bir-birinə uyğunlaşmağa, bir müddət sonra isə eyniləşməyə başlayır. Bunu daha qısa müddətdə süni şəkildə də yaratmaq olar. Amma həssaslığınızı işə salıb, bayağı görünməkdən çəkinin. Təkcə bədən dilini deyil, danışma tezliyini, səs tonunu və digər nüansları da nəzərə alsanız, hər şey yolunda gedəcək. O danışdıqca, gözlərinin içinə baxıb gülümsəyin. Diqqətlə dinlədiyinizdən əmin olsun. 60-70 dəqiqə: Strategiyanızı müəyyənləşdirin Sonuncu dəqiqələrə yaxınlaşdıqca, işlərin qaydasında getdiyindən əmin olun. Daha həssas, daha zərif və daha utancaq olmağa çalışın. Merlin Monro demişkən, “utancaq qız uşağı ilə seksual qadının harmoniyası”nı yaradın. Növbəti günü görüşmək haqqında sizin rəyinizi soruşsa, planlarınızı ertələyib, yalnız iki gün sonraya vaxt tapa biləcəyinizi deyin. 90 dəqiqə ərzində onu ələ almaq istəyirsinizsə, şirin yox, özünə güvənən və güclü qadını oynamağa çalışın. 70-90 dəqiqə: Yaxınlaşın Bu dəqiqələrə qədər onu artıq ələ almalısınız. Kiminsə xarici görünüşünü bəyənmək olar, amma aşiq olmaq üçün onun daxili aləmini tanımaq lazımdır. Belə ki, söhbət etməkdən çəkinməyin. Elə ürəkdən və səmimi danışın ki, gözlərini sizdən çəkə bilməsin. Səmimi görünmək üçün kiçik sirlərinizi paylaşa bilərsiniz. Amma bu sirlər aşağı riskli sirlər olmalıdır. Doğulduğunuz, böyüdünüz şəhərdən, təhsil aldığınız yerdən, sevimli uşaqlıq kitablarınızdan danışa bilərsiniz. Amma fobiyalarınız, uğursuz seçimləriniz, travmalarınız haqda danışmağı ağlınızın ucundan belə keçirməyin. Bir şeyi nəzərə alın ki, ilk tanışlığınızda həddən artıq özünüz haqda danışmaq və qarşı tərəfi mənasız məlumatlarla bezdirmək xoş olmaz. Ən əsası isə köhnə münasibətlərinizdən söz açmayın. Və nə olur-olsun, ilk görüşdə bütün sirlərinizi açıb tökməyin.




mənbə:kult.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.