Kin kişiyə yaraşmaz....!

28 Kasım 2015
1 516
0
Kin kişiyə  yaraşmaz....!
Kişidə hünər olar,kişidə mərdlik olar
Kişidə bircə sima ,kişidə bir üz olar,
Kişidə qarşısında olana hörmət olar,
Kin kişiyə yaraşmaz....!

Sözüm yaxşılardan kənaradı hər zaman
Bəzi kişiciklərə catacaqdı bu ünvan
Beş qəpiyə deymiyən,danişacaq manatdan
Xırdalıqdan danışmaz...!

Papaqnan tanınanlar indi pulnan tanınır
Düz sözü deyən kəslər,kəlamlarda qınanır
Bəzisi qaş aldırır,arvad kimi boyanır,
Guyaki, bu modabaz...!

Qeyrətdən dən vururlar,qeyrətsizlər ər olub
Zəmanəmiz dəyişib axır vaxtlar kəm olub,
Yıxılana deyən yox,axı sənə nə olub ,?
Hec bir kimsə qarışmaz...!

Eh harda qaldı Tağıyev harda qaldı Nəsimi
Bu sözümün üstündə qoy soysunlar dərimi ,
Nə şəkəri şəkərdi,nədə düz əməlli qəndi ..
Vallah ağızda dadmaz...!

İnsanlar adiləşib insanlar cılızlaşıb
Coxları deyəcəkdi daha Seymurda caşıb
Elə vaxtda gəlmişik baş təmamən qarışıb
Fələk belə baş aşmaz...!

MÜƏLLİF: SEYMUR SÖNMƏZ
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.