Wi-Fi-dan 100 dəfə sürətli Li-Fi

28 Kasım 2015
947
0
Wi-Fi-dan 100 dəfə sürətli Li-Fi
Wi-Fi-dan 100 dəfə sürətli Li-Fi


Estoniyanın "Velmenni" şirkəti ofislərdə Li-Fi texnologiyasını test edib.

Feat.Az "Azadlıq Radiosu"na istinadən bildirir ki, şirkət bu texnologiya ilə 1 Qbit/san sürətə çatdığını açıqlayıb. Bu da orta statistik Wi-Fi şəbəkəsi ilə müqayisədə 100 dəfə çox sürət deməkdir.

Li-Fi şəbəkəsi üzərində iş 2011-ci ildən başlayıb.

Şəbəkədə məlumatlar nanosaniyələr içində LED işıqlarla ötürülür. Texnologiyanın tək çatışmazlığı budur ki, işıq şüaları Wi-Fi kimi divarlardan keçə bilmir. Lakin, bu amil şəbəkəni daha təhlükəsiz edir.

"Velmenni" şirkətinin direktoru Deepak Solanki bildirib ki, texnologiya növbəti yaxın 3-4 il ərzində istifadəyə verilə bilər.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.