Qəribə inanclar

04 Aralık 2015
5 776
4
Qəribə inanclar
Qəribə inanclar

Qəribə inanclar

Axır çərşənbə gecəsində pis danışmaq, kefsiz olmaq, nalayiq hərəkətlər etmək olmaz. Deyərlər ki, insanın bu çərşənbə axşamı hər əməli, istəyi, fikri, davranışı təzələnir.

Axır çərşənbə gecəsində təbiətdə hər nə varsa, hamısı təzələnir – deyərlər.

Ayağının altı qaşınan təzə başmaq geyəcək, ya da uzun yol gedəcək – deyərlər.

Ayağının baş barmağı böyük olanın bəxti açıq olar – deyərlər.

Ayağın özgə dabanına toxunsa, aranızda dava düşər – deyərlər.

Qəribə inanclar

Başqasının ayaqları üstündən adlayan adamın boyu qısa olar – deyərlər.

Başı daz olanın ağlı da çox olar – deyərlər.

Barmağında xalı olan qadın yaxşı xörək bişirər – deyərlər.

Barmaqları arxaya qatlanan adam nəcib, bacarıqlı sayılar.

Bazar günü dırnaq tutularsa, sovqat gələr – deyərlər.

Başından hörümçək sallansa, deyərlər səfərdən adamın gəlir.

Belə deyirlər ki, guya hal gözəgörünməz bir varlıqdır. Onlar da insanlar kimi yaşayır.

Bir-birinin gözündən öpənlərə: - Bir-birinizdən aralı düşərsiniz – deyərlər.

Bir şey haqqında düşünərkən od hislik saldımı, o şeyin baş tutmayacağını – deyərlər.

Bara göz dәyməsin deyә, bostanın ortasında basdırılmış ağaçın başına quru һeyvan kәllәsi qoyar, - deyərlәr ki, qoy barı bol olsun.

Burnu böyük olanlar nankor sayılır.

Burun qaşınanda xiffәt olacaqdır - deyәrlər.

Qadınlar belә һesab edirlәr ki, guya һal iynәdәn qorxur. Ona görə də onlar körpәlərinin, özlərinin üstlәrinә iynə sancırlar.

Qarğalar qışda qar yağmamışdan qabaq һavada fırlanıb sonra yerә otursa, deyәrlər һava qızacaq, evlәrin üstunә, ağacların zirvәsinә qonsalar, deyәrlәr şaxta olacaq. Yox, әgər ağacların budaqlarına otursalar, onda külәk qalxacaqdır - deyərlәr.

Qaşı düz olan adamın ağlı da çox olar - deyәrlәr.

Qaşı qaşınan adama: - Mütlәq bir tanışınla qarşılaşacaqsan - deyәrlər.

Qoyunu saymaq nәsdir - deyәrlәr.

Quraqlıq vaxtı yağış yağsın deyə, tısbağanı ayağından asarmışlar.

Qulaq cingildәyəndә «kimsә sözümü danışır» - deyәrlәr.

Qulaq qaşınanda «yağış yağar» - deyərlәr.

Qulağı uzun olanın ömrü dә uzun olar - deyәrlәr. Qulağı böyük olanın baxtı da açıq olar - deyәrlәr.

Qulağı kiçik olan kişinin arvadı da gözәl olar - deyәrlәr.


Qəribə inanclar

Dağdağan, cәviz, zoğal, çinar, әncir ağacı müqәddәs sayılar - deyәrlәr. Onları kәsәn, yandıran sağ can görmәz.

Dar vaxtı evi süpürmәk, evdən şey çıxarmaq ziyanlıq gәtirәr - deyәrlәr.

Dar vaxtı, ya gecә vaxtı başqa evә əlәk versәn, çuvalın bәrәkәtsiz olar - deyәrlәr.

Dәvə oynayanda qar yağar - deyәrlәr.

Dilin ucuna pay çıxıbsa, «artıq pay yemisәn» - deyәrlәr.

Deyәrlәr ki, şabalıd aqacının gövdәsindәn yapışqan süzülmәsi uzun müddәt yağış yağacağına işarәdir.

Deyәrlәr ki, palıd ağacında qozlar sıx olduqda qış çox sәrt keçər.

Deyәrlәr nar, alma, armud һәr bir kəsin dilәk ağacıdır.

Onları becərən xeyir tapar.

Deyәrlәr ki, günәbaxan gunəşә aşiq olduğundan һәmişә gözü ondadır.

Deyәrlәr ki, süpürgә, ilğın ağacı ilә һər kәsi vursan, şәrә düşәrsәn.

Deyәrlәr ki, ev ilanı ev adamını vurmaz, o evә bәrəkәt gәtirәr, kim dırnağını ilanın üstünә sürtsә, dırnağı şotur olmaz.

Deyәrlәr odun üstünә su tökmәzlәr. Od sönsә, ocaq sönәr.

Deyәrlәr ki, yuxuda at görsәn, murada çatarsan.

Deyәrlәr ki, sağ gözün səyirməsi xeyrәdir, solunku şәrә.

Deyәrlər ki, küknar qozasının çoxluğu yazlıq buğdanın, şam qozasının çoxluğu arpanın bol məһsul verәcәyinә dәlalət edәr.

Deyәrlәr ki, yağış yağana yaxın qaranquşlar alçaqdan uçar.

Deyәrlәr ki, külәk ağaclarda yarpaqları üst tәrәfdən çevirirsә, demәli, yağış yağacaq. Düyünü yerә, ayaq altına salmazlar - deyәrlər, bərәkәti qaçar.

Elә ki sarı çiçәkli yasәmәn ağacı çiçəklәyib şirә buraxmağa başladı, әtrafı bu şirәnin iyi bürüdu, deyərlər ki, bir azdan yağış yağacaq.

Elә ki tozağacından, ağcaqovaqdan yarpaqlar tәmiz töküldü, deyәrlәr il yüngül keçәcәk, mәһsul da bol olacaq.

Elә ki qarquşu civildәdi, deyәrlәr artıq qış gәldi.

Qəribə inanclar

Әli böyuk olan xoşbәxt, әli uzun olan oğru olar - deyәrlәr.

Әli soyuq olanın ürәyi isti olar - deyәrlәr.

Әrə verilәn qızı ocağın başına dolandırarlar. Deyәrlәr ki, «qoy odlu-ocaqlı olsun».

İki nәfәr baş-başa verәrsә, deyәrlәr evә qonaq gәlәcәk.

İlğın, söyüd sonsuz sayılar. İlğın ağacı ilә һeyvanı vursan azarlar - deyәrlәr.

İlk övlad yağan doludan birini götürüb dişlәsә, deyәrlәr dolu kәsәr.

İlin payız fәsli, yazın әvvәlki ayları yağmurlu keçәrsә - deyәrlәr mәһsul bol olacaq.

Yaşılgöz xain, insafsız olar — deyәrlәr.

Yağan dolunun qabağını almaqdan ötrü onun altına sacayaq, qılınc, balta, gavaһan atarlar. Deyәrlәr belә olanda dolu kәsәr.

Yağışdan sonra görünən qövsi-qüzeһә Fatma nәnәnin һanası (cecimi) deyәrlər. Guya dünyada olan bütün rәnglәr bu һanadan götürülmüşdur.

Yerә isti su tökmәzlər. Guya yerdә cin olur, amma gözә görünmür. Guya isti su atsan, cinin üstünә tökülüb onu yandırar.


Qəribə inanclar

Küsdümağacı, Lənkәran yasәməni elə ki öz yarpaqlarını bir yerә yığdı, onda deyәrlәr һavanın rütubәti artacaq.

Kitabı açıq qoyub yatsan, guya һuşsuz olarsan.

Gecә dırnaq kəsənin ömrü qısalar - deyәrlәr.

Gecә vaxtı evdən başqa yerә od verməzlər. Deyәrlər ki, onda ev ziyanlıq çəkər.

Gecə tövlәdə olan at bәrk tәrlәsә, quyruğu düyülsә, deyәrlәr guya onu ya cin, ya һal minib çapıb.

Göz ağı çox olan paxıldır — deyәrlər.

Göz qapaqları incә olan adamın aqlı çox olar – deyərlәr.

Göz gilәsnidә xal olan adamı ağıllı hesab edәrlәr.

Göz qapaqlarını üst-üstә yeddi dәfә qapayana: - Cinlәri qәzәblәndirir - deyәrlər.

Gözlәri yol çәkәn adamın evinә qonaq gələr - deyәrlәr.

Göy gurultusu xırıltılısa, deyәrlәr dolu yağacaq.

Görsәlәr ki, günәş әtrafında һalqa әmәlә gәldi, - deyәrlər bu, yağmur әlamәtidir.

Görsələr payızda yarpaqlar tez töküldü - deyәrlәr bu qış sərt keçәcәk.

Görsәlәr payızda toz ağacının yarpaqları yuxarıdan saralır, deyәrlәr o biri yaz tez gәləcәk: aşağıdan saralır - gec.

Görsәlәr köstәbәyin zağasının ağzı quzeyәdir - deyәrlәr qış isti olaçaq, gündoğana tәrәf olsa, deyәrlər quru keçəcәk, günbatana tәrәf olsa, deyәrlәr yağmurlu olacaq.

Görünsә ki, dovşan kәlәminin çiçәyi çəһrayı ya qırmızıdır, deyәrlәr tezliklә yağış yağacağı gözlәnilir.

Guya başından bir tük ayrılıb üzünә düşsә, deyәrlәr qonağın gəlir.

Qəribə inanclar

Mavi gözlü adamın baxdığı hər şeydә gözü qalar - deyәrlәr.

Ov sәnә baxarsa onu vurma, gözü yolda qalanı var - deyәrlәr.

Od (atәş) һisli olarsa, uzaqdan bir yolçu gәlәcәkdir - deyәrlәr.

Odun gecә һis elәmәsi yaxşı nişan deyil - deyәrlәr, guya onda şeytan gәlәr.

Ocaqdakı külün titrәmәsini görsәlər, od xeyrә oynayır - deyәrlər. Odun ailәdә bir körpә doğuracağına inanarlar.


Qəribə inanclar

Sağ gözü səyriyən adama sevinәcәk, sol gözü sәyriyən adama kәdәrlәnәcәk - deyәrlәr.

Sağ qulağı qızaran adamın arxasınca yaxşılığa, sol qulağı qızaran adamın arxasınca pisliyә danışıldığını deyәrlər.

Sağ ovuc qaşınarsa, pul gәlәcәyi, sol ovuc qaşınarsa, pul gedәcәyi güman edilir.

Sәpin vaxtı buğda qovursan mәһsul az, yarma bişirsәn bol olar – deyərlәr.

Sәpilən toxum oğurluq olsa bitmәz - deyәrlәr.

Sәfәrə gedәnin dalınca su atarlar. Deyәrlәr qoy aydınlıq olsun.

Səhәr ev adamları çörәk yemәzdәn әvvәl başqa evә, başqa adama çörək versә, ev bәrәkәtsiz olar – deyərlәr.

Saçında vaxtsız ağ tük olan adama xoşbәxt olacaq – deyərlәr.

Taxıl çuvalının üstündә otursan bәrəkətsiz olar - deyәrlәr.

Taxıl sovrumu vaxtı külәk әsmәzsә, Yel babanı maһnı ilә çağırarlar - deyәrlәr.

Taxıl sovrumu vaxtı bәrk külәk әsib işә mane olsa, әlәyin, ya da xәlbirin üstünü bәrk-bәrk basdırarlar. Onda yel yavaşıyar - deyәrlәr.

Taxıl döyümü vaxtı boğanaq qalxarsa, qızlar boğanaq gәlmә, sәnә gedәcәyәm - deyәrlәr.

Tәndirdә bişәn ilk çorәyi yesәn arvadın ölәr - deyәrlәr.

Qəribə inanclar

Uşağı tәzə olmuş ananı һaldan qoruyarlar. Deyərlәr guya һal ananın içalatını çıxarıb aparmağa, suya çәkib yemәyә çalışır.

Uşağın dişi çıxanda һәdik bişirərlər. Deryərlәr dişi bәrkisin.

Üzәrlik muqәddәs bitki sayılar. Deyәrlәr ki, üstündә üzәrlik gəzdirәnә göz dәymәz.

Xalq arasında çәrşәnbəni nəs gün һesab edәrlәr. Deyәrlәr nə sən gәl, nə də ilin axır çərşənbəsi.

Xırmandan sovrulmamış buğda götürәnin oğlu ölәr, sovrulmuş buğda götürənin oğlu olar - deyәrlər.

Qəribə inanclar

Hal gәlməsin deyә bәzi yerlәrdə bir şüşә qabın içinə soğan salıb, ağzıaçıq qayçı ilә birlikdә ev qapısının ağzına qoyar, deyәrlәr ki, daһa һal gәlmәz.

Haldan söһbәt düşәndә çox yerdә «xalasına lәnәt» - deyərlər.

Hamilә qadın dovşan əti yesә, guya doğacağı körpənin ağzı mırıq olar. Böyürtkәn, ya da gicitkən yesә, uşağı nadinc olar - deyәrlər.

Hamilə qadının bətnindәki uşağın oğlan, ya qız olmasını bilmәk üçün qarpızın kəsilib atılan başını dörd bölüb tullayarlar. İkisi bir tәrәf, ikisi də başqa tәrәfi üstә düşәrsә oğlandı, üçü bir tәrəf, biri başqa tәrəfi üstә düşәrsә qızdı - deyәrlәr.

Hәr iki göz birdən səyrisә, onda qovğa edilәcək – deyərlər.


Qəribə inanclar

Çaylarda, gölməçələrdə bitən ağ zanbağın gövdəsi elə ki uzanmağa başladı - deyərlər soyuq, şaxta ötüb keçdi.

Çəkilən dişi küçəyə atmaq suç sayılır.

Çərşənbə axşamı dırnaq kəsməyə alışan gəlinin uşağı olar - deyərlər.

Çinar qızılağacdan qabaq yarpaq açarsa, deyərlər yay isti, həm də quraq keçər, əksinə, qızılağac çinardan tez yarpaqlayanda deyərlər havanın soyuq, həm də yağmurlu olacağı gözlənilir.

Çıxan Ayın yanları (qulaqları) uzun olarsa, deyərlәr һәmin ay quraqlıq, gödәk olarsa, deyәrlər yağmurlu keçәcәk.

Çox ov vuranın evindә bәrəkət olmaz - deyәrlәr.

Çörək әldәn yerә düşsә, öpüb göz üstә qoyarlar - deyәrlәr, bәrәkәt qaçmasın.

Çuxur gözlәr xain, mәrһәmәtsiz olar - deyәrlәr.

Qəribə inanclar

Cәviz, әncir ağacının dibindә yatan xәstәlәnәr, ya da onu vurğun vurar – deyərlәr.

Cümə axşamı dırnaq kəsәn dövlәtli olar - deyәrlәr.

Cümә ertәsi qulağı cingildәyәn adamın muradı һasil olar - deyәrlәr.


Qəribə inanclar
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Eylül
    Inanclara mende inanmiram Allah ne buyurarsa heyatimiz ucun odur serler ucun tesekkurler
  2. AgoRa.
    Bezilerini oxumuşdum yenede oxudum coxsunu
  3. Lami95
    bezilerini esitmisdim :) bezilerini oxudum tewekkurler :)
  4. allah bendesi
    hamisini oxumadim cox idi deye.men inanclara inanmiram bow weylerdir.cox sag olun zehmet cekib paylawmisiz ellerinize sagliq
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.