Sənsizlikdə

06 Aralık 2015
1 971
2
Sənsizlikdə
Sənsizlikdə

Yanan alov oldu qəlbim
Yandı yandı külə döndü
Həsrətinlə yanan könlüm
Yuxularda sənə döndü

Vüsalın çox çətin imiş
Unutsam bir gün il imiş
Əsrlərmi keçmiş imiş
Sənsiz qalan küçələrdə


Hər şey eyni-adamlar da
Bu qəlbimin hicranı da
Sənsiz qalan hər anımda
Xatırladır səni yollar

Eyni yoldan keçirəm mən
Eyni yerdə dayanıram
Eyni yerdə nəfəs alıb
Eyni yerdə fırlanıram


Görürsənmi hər şey eyni
Sən də eyni ol, yanımda ol
yanımda ol nəfəs kimi
Xəyalımdan çıxıb gələn
adam kimi ,Yanımda ol
canım kimi...

Sənsizlikdə
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. glamour
    Sitat: sevgi^_^
    super yaa nece gozel weirdi cox sevdim ellerine saliq))

    cox saolun beyendiyinize sevindim)
  2. sevgi^_^
    super yaa nece gozel weirdi cox sevdim ellerine saliq))
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.