Tənha qadın

06 Aralık 2015
5 141
1
Tənha qadın
Tənha qadın

Tənha qadın

Tənha qadın..
O-Tənha qadın.
Yol gedirdi.
Həyat yolu ....
Ömür yolu...
Tale yolu....
Yol gedirdi .
Günahsız yalanlarıyla...
Yarım qalmış arzularıyla....
Üzülmüş ümüdləriylə.
Şəriksiz dərdləriylə....

İllər öncə
varlığıyla onun olan,
kədərinə, sevincinə
ortaq olan biri vardı.
Buraxmışdı əllərini .
Yox, yox, əsla ....
Ölüm kəsmiş yollarını.
Bu çarəsiz tək qadının,
Aparmışdı sevgisini.
Sevməmişdi ondan sonra
özgəsini.

Kədərini gizlətmişdi gözlərində
Yaşatmışdı sevgisini
Saçlarının hər dənində
Tənha qadın.
Bilirdi ki ,
Qadınliqda tənhalığın adı ağır.

Bilirdi və onun üçün
Bərk-bərk tutub buraxmamış
Namusunun, ismətinin əllərini
Susdurmuşdur insanların
söz danışan dillərini.
Yol gedirdi təhha qadın .
Ömür yolu...
Həyat yolu..
Tale yolu...

Yolu təmiz, yolu aydın.
Paklığıyla
Nur saçırdı addimları.
Arxasınca gələn tənha qadınları
Səsləyirdi öz yoluna ,
Öz nuruna ,
Sədaqətli addımına......


Tənha qadın

Xatirələr yağışı

Yağış yağır
Yatıb qalmış xatirələr oyanır.
Yaz yağışı deyil ki bu ....
Bu payızın yağışıdır.

Olub bitən sevgilərin yağışıdır.
Yağış yağır.
Hər damlası bir xatirə
Hər damlanın öz adı var .
Öz anı var.
Ünvanı var .

Hər damlanın həsrəti var
Hicranı var.
Ey sevənlər, sevilənlər
Bu payızın yağışıdır......

Həzin kövrək xatirələr qonaq gəlib.
Açın sevən könlünüzün qapısını
Götürün öz payınızı
Damlanızı.


Tənha qadın


Müəllif:Nəcibə Vüsal
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. glamour
    Ey sevənlər, sevilənlər
    Bu payızın yağışıdır......
    Həzin kövrək xatirələr qonaq gəlib.
    Açın sevən könlünüzün qapısını
    Götürün öz payınızı
    Damlanızı.


    gewey weirdi cox saolun
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.