"Xəyalımla söhbət"

07 Aralık 2015
2 335
1
"Xəyalımla söhbət"
"Xəyalımla söhbət"

"Xəyalımla söhbət"

Dünən xəyalımla üz-üzə gəldim,
Başını yellədi keçdi yanımdan.
Dur, getmə söylədim, gedəcək sandım,
Bir anlıq ağlımı aldı başımdan.
Durdu bir tərəfdə seyr etdi məni,
Sonra sual verdi, susub dayandım.
O sual məni çox pərt etdi amma,
Duşundum yenə də xəyala daldım.
"Niyə yadlaşırlar axı insanlar?”
"Elə bil heç bir şey olmamış kimi.”

Verdi bu sualı, sonra da susdu,
Elə bil heç sual verməmiş kimi.
Söylədim "bilmirəm” guldu uzumə,
Dedi ki, "bilirdim bilməyəcəksən”.
"Sənin kurəyindən vuran kəslərin”,
"Səhvini görərək dinməyəcəksən?”

Dost sözu qırılmaz zəncirə bənzər,
Özundə çox böyuk mənanı gizlər.
Gərək ki, dostluqda möhkəm olasan,
Yoxsa dostluq özu məhv ola bilər.
Etdiyim hər bir səhv böyutdu məni,
Mən duçar oldumsa dost zərbəsinə,
Heç nəyi bilmədim sansınlar məni,
Şairlər sarılmır öz kölgəsinə.
Böyukluk hər zaman qoy məndə qalsın,
Mən axı zərbəyə layiq deyiləm.
Meni kurəyimdən vuran dostlarım,
Anlasın, əyilən-sınan deyiləm.
Bu dəfə xəyalım susdu, dinmədi,
Sadəcə bir kəlmə söylədi mənə:
"Ey şair nə qədər möhkəmsən”- dedi,
"Mən heyrət eylədim bu möhkəmliyə..”

"Xəyalımla söhbət"


"Xəyalımla söhbət"Əhliman Cəfərov"Xəyalımla söhbət"
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. sevgi^_^
    "Ey şair nə qədər möhkəmsən”- dedi,
    "Mən heyrət eylədim bu möhkəmliyə..”

    superr cox beyendim ellerive saliq
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.