Kimsən ey Kərbübəladə boyanan qanə qərib...

06 Aralık 2015
1 182
1
Kimsən ey Kərbübəladə boyanan qanə qərib...
Kimsən ey Kərbübəladə boyanan qanə qərib...

Kimsən ey Kərbübəladə boyanan qanə qərib...

Kimsən ey Kərbübəladə boyanan qanə qərib,
Dilivün virdi dönüb naləvü əfqanə qərib.


Gəh deyirsən başımı qoy yerə bir ləhzə ana,
Gəh deyirsən oxu Quran başım üstündə ata,
Gah deyirsən mənə ümmətlərin ağ oldu baba,
Baxıram görmyirəm kim, səni hər yanə qərib.

****

Oldu qurban sənə bu canım, əya kani-ədəb,
Doğrayıb peykərivü, ləşkəri-kinə nə səbəb?
O qədər yarə vurub cismivə, bu qövmi-ərəb,
Ağlayar həm sənin əhvalüvə biganə qərib.

****

Göndərib dəhridə bu qövmə nəbi, rəbbi-cəlil,
Eyləyib ümmət o peyğəmbəri dünyadə qətil,
İlticaim budur ey həzrəti-Yəzdanə, xəlil,
Kimsən, olduğvu bəyan et, məni-nalanə qərib.

****

Göndəribdür səni rəbbün bu dəni qövmə rəsul,
Gülşənün güllərini zülm ilə etmişlə xəzul,
Biəbi əntə və ümmi hiyə bu qövmi-cəhul,
Sinəvi etmiş hədəf nabəkü peykanə qərib.

****

Tiği-əda eləyib peykərün əzbəski cərüh,
Yoxdu mümkün dəxi cismində davam eyləyə ruh,
Şeyssən Həzrəti-İdris və ya Həzrəti-Nuh,
Düşmüsən bəhri-bəladə yenə tufanə qərib.

****

Göndəribdür cəni rəbbün bu dəni qövmə dəlil,
Sənsən aləmdə əgər Həzrəti-yəzdanə xəlil,
Nari-Nəmrudu gülüstan eliyən rəbbi-cəlil,
Niyə döndərmədi bu dəşti gülüstanə qərib.

****

İlticaim budu Musasən əgər eylə bəyan,
İstədün ta görünə çeşmüvə rəbbün bu zaman,
"Ləntərani" buyurubdur sənə xallaqi-cahan,
O səbəbdən yıxılıbsan bu biyabanı qərib.

****

Mahi-rüxsarüvə kim qılsa bəsirətlə nəzər,
Ya peyğəmbərdü və ya hüccəti-xəllaqi-kibər,
Ovci-darə çəkilən Həzrəti-İsasən əgər,
Yıxılıbsan nə səbəb ərseyi-meydanə qərib.

****

Naseh ərz eylədi ey padşahi-cinnü bəşər,
Bizə cəmiyyət ilən eylə şəfaqqətlə nəzər,
Qəbrivün ustə gəlib növhə dəmadəm deyələr,
Olalar cəmi sənün şəmüvə pərvanə qərib.

Kimsən ey Kərbübəladə boyanan qanə qərib...


Müəllif: Şeyx Ağa Möhsüm Naseh
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
glamour

Mahi-rüxsarüvə kim qılsa bəsirətlə nəzər,
Ya peyğəmbərdü və ya hüccəti-xəllaqi-kibər,
Ovci-darə çəkilən Həzrəti-İsasən əgər,
Yıxılıbsan nə səbəb ərseyi-meydanə qərib.
RƏY ƏLAVƏ ET