Dünyanın Ən Gənc Anası

26 Eylül 2014
2 327
0
Dünyanın Ən Gənc Anası
Dünyanın Ən Gənc Anası

Bu rekordu tibb tarixində hələ keçən olmayıb. Rəsmən perulu olan bu xanım dünyada ən gənc ana hesab edilir. O, beş yaşında ana olub.


Söhbət 5 yaşlı Lina Mədinədən gedir. Lina Mədinə 1933-cü ildə Peruda anadan olmuşdur. Bu inanılmaz hadisə 1939-cı ildə Pisko (Peru) xəstəxanasında baş verib. Ana böyük qarınla Linanı xəstəxanaya gətirərkən həkim onun hamiləliyinin artıq səkkizinci ayı olduğunu bildirib. Bir ay sonra 14 may 1939-cu ildə Linanın oğlu dünyaya gəlir.

Uşağın çəkisi 2,7 kq idi, adı Xerardo qoyuldu. O, Linanın bacısı olduğu sanırdı, həqiqətləri yalnız on ildən sonra öyrəndi. Xerardo sağlam həyat sürsə də, 40 yaşında (1979-cu ildə) beyin xəstəliyindən vəfat edir.

Lina Mədinə uşağın atasının kim olduğundan heç vaxt danışmırdı. Linanın atası zorlamada (təcavüz) şübhəli bilinən məhbus idi, amma sonra sübutların yoxluğuna görə azad edildi.

Mədinə Raul Ceradoya ərə gedir, hansından ki, 1972-ci ildə ikinci oğlu olur. Onlar "Kiçik Çikaqo" kimi tanınan Limanın kasıb rayonunda yaşayırdılar.

Bu qeyri-adi hadisəni tibb tarixində sənədlərlə əsaslandıran iki şəkil mövcuddur. Çox pis keyfiyyəti olan bu şəkildən biri 1939-cu ilin aprel ayında çəkilmişdir, nə vaxt ki, Mədinənin hamiləliyinin yeddinci ayı idi. Digər şəkil isə Limada Xerardo on bir aylıq olarkən çəkilib.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.