Təhlükə

16 Aralık 2015
2 012
0
Təhlükə
Təhlükə

Təhlükə

Kiçik siçan balası divardakı çatlaqdan baxarkən kəndli və xanımının mətbəxdə bir paketi açdıqlarını gördü. Öz özünə: "İçində yeməli nə var görəsən?" deyə düşündü.
Bir müddət sonra paketin içindəkinin əslində bir siçan tələsi olduğunu anladı.
- "Evdə bir tələ var! Evdə bir tələ var!" deyə bağıraraq təlaşla həyətə qaçdı. Kiçik siçan balasını təlaş içində görən toyuq qaqqıldadı:
- "Yazıq siçan... Bu sənin problemindir mənim yox. O tələnin mənə bir ziyanı olmaz" dedi.
Toyuqdan bir dəstək ala bilməyən siçan balası qoyunun yanına qaçdı və,
- "Evdə bir tələ var! Evdə bir tələ var!" deyə çırpındı.
Qoyun anlayışla qarşıladı amma:

- "Çox üzüldüm siçan qardaş amma dua etməkdən başqa əlimdən bir şey gəlməz. Dualarımda olacağından əmin ol" - dedi.
Sonra çarəsiz siçan balası inəyə doğru yönəldi. Qaşlarını çataraq yazıq baxışlarla,
- "Evdə bir tələ var! Evdə bir tələ var!" dedi.
İnək;

Təhlükə

- "Sənə görə narahat oldum siçan, amma bu məni maraqlandırmır" dedi.
Sonra siçan, başını aşağı əymiş, ümidsiz şəkildə evə qayıtdı.
O gecə evin içində sanki ölüm səssizliyi var idi. Siçan balası ac və susuz idi. Yorğunluqdan gözləri yumulurdu ki, qəfil bir səs eşitdi. Gecənin səssizliyini pozan səs siçan tələsindən gəlirdi.
Kəndlinin xanımı tələyə siçan düşdü deyə yatağından qalxıb mətbəxə qaçdı.
Qaranlıqda tələyə bir zəhərli ilanın düşə biləcəyi ağlına belə gəlməyən qadın tələyə yaxınlaşdı. Quyruğu tələyə qısılmış qəzəbli ilan anidən kəndlinin xanımını çaldı. Kəndli xanımını təcili həkimə çatdırdı.
Həkim zəhəri təmizlədi, yaranı sarıdı. Evə gəldikdən sonra xanımın istiliyi yüksəldi. İstiliyi düşmək bilməyən qadın ağrıdan bərk əziyyət çəkirdi.
Belə hallarda toyuq suyunun xəstəyə xeyirli olduğunu bilən kəndli toyuğu kəsdi.
Xanım toyuq şorbasının suyunu içib bir az özünə gəldi. Hadisəni eşidən qonşular ziyarətə gəldilər. Onlar üçün kəndli qoyunu kəsdi.
Kəndlinin xanımı getdikcə pisləşirdi. Sən demə ilan çox zəhərli imiş. Bir neçə gün sonra xanım öldü.
Bu zaman xanımın cənazəsi üçün inək kəsildi.

Kiçik siçan balası bütün bu olanları divardakı dəlikdən izlədi.Fb Ktab Səhifəsi

Təhlükə

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.