İnsan bədəninin inanılmaz möcüzələri

19 Aralık 2015
1 339
2
İnsan bədəninin inanılmaz möcüzələri
İnsan bədəninin inanılmaz möcüzələri

Hazırda daxilimizdə nə baş verdiyini ətraflı
öyrənməyi təklif edirik.
Budur ziddiyyət: hər dəfə özümüz haqqında yeni
bir şey öyrənmək istəyəndə, öz bədənimizi nə
qədər pis tanıdığımızın fərqinə varırıq. Halbuki,
bədənimiz bizim dünyanı dərk etmək üçün başlıca
elementdir. Hər saniyə bu unikal mexanizmdə
minlərlə təəccüblü proses işə düşür.
Hazırda daxilimizdə nə baş verdiyini ətraflı
öyrənməyi təklif edirik.


İnsan bədəninin inanılmaz möcüzələri

1. İnsan barmaqları o qədər həssasdır ki, onlar
Yer kürəsinin ölçüsündə olsaydı, siz ev və
avtomobil arasındakı fərqi hiss edə bilərdiniz.

2. İnsan bədəni 60 000 mil qan damarlarından
ibarətdir. Bu ölçü bütün Yer kürəsini iki dəfə
sarımağa kifayət edə bilər.

3. İnsan gözü o qədər həssasdır ki, Yer kürəsi düz
olsaydı, siz gecə qaranlığında 30 km məsafədə
parlayan şamı görə bilərdiniz.

4. Siz qızaranda, mədənizin selikli qişası da
qızarır.

5. İnsan beyni dəqiqədə 1000 söz oxuya bilər.

6. Sizin göbəyinizin daxilində min bakteriya tropik
meşə ölçüsündə ekoloji sistem formalaşdırır.

7. İnsan aşiq olduğu zaman onun beyni
“amfetamin” qəbulu zamanı alınan hormon və
sinirsistemləri kokteyli hasil edir. Bu isə ürək
döyüntülərinin artmasına, iştahanın və yuxunun
itirilməsinə və güclü çəki almağa səbəb olur.

8. Göz billurumuz olmasaydı, biz ultrabənövşəyi
şüaları görə bilərdik. Əməliyyat nəticəsində göz
billurları xaric olunan bəzi insanlar bu şüaları
görürlər.

9. Yetkin insan
7,000,000,000,000,000,000,000,000,000 (7
oktrilyon) atomdan ibarətdir. Müqayisə üçün
bildirək ki, qallaktikada təxminən üç yüz milyard
ulduz var.

10. Bizim əzələlərimiz əslində göründüyündən
daha güclüdür. Bu güc adətən, insanın əzələ və
vətərlərini zədələməməsi üçün məhdudlaşmış
olur. Məhdudiyyəti adrenalin nəticəsində aradan
qaldırmaq mümkündür. Məhz onun təsiri
nəticəsində insanlar qaya parçalarını və
avtomobilləri qaldıra bilirlər.

11. Biz planetdə uzaq məsafəyə ən yaxşı
qaçanlarıq. İstənilən dördayaqlı heyvandan daha
yaxşı. Doğrudan da, minlərlə il əvvəl biz ovumuz
yorulub,ölənə qədər arxasınca qaça bilmişik.

12. 30 dəqiqə ərzində insan bədəni 4 litr suyu
qaynatmağa kifayət edəcək qədər isti hasil edir.

13. Bizim bədənimizdə şimpanzedə olduğu qədər
tük var. Onların əksəriyyəti o qədər lazımsız və
nazikdir ki, az qala görünmürlər.

14. Bu gün sizin orqanizminizin ibarət olduğu
atomlar, 13.7 milyard il əvvəl Böyük Partlayış
nəticəsində meydana gələn atomlardır.

15. İnsan sümükləri qranit qədər bərkdir. Kibrit
qutusu ölçüsündəki sümük parçası 9 ton ağırlığa
dözə bilər.

16. İnsan beyni kompüter olsa idi, o saniyədə 38
min trilyon əməliyyat yerinə yetirə bilərdi.
Dünyada ən güclü kompüter olan BlueGene bunun
ancaq 0,002 %-ni edə bilər.

17. Sizin gözlərinizdəki əzələlər nədəsə fokus
olunduqda gündə 100,000 dəfə hərəkət edirlər.
Ayaqlarınızdakı əzələləri bu qədər məşq etdirmək
üçün ,siz hər gün təxminən 80 km yol
getməlisiniz.

18. Hər bir kiloqram yağ və ya əzələyə görə, sizin
bədəniniz 10 kilometr yeni qan damarları yaradır.

19. İnsan DNT-si ,banan DNT-si ilə 50 % üst-
üstə düşür.

20. Yalnızlıq fiziki ağrı verə bilər. Buna görə də,
yalnızlıq ağrısından yayınmaq istəyirsinizsə,
başqa insanlarla ünsiyyətdə olmaq üçün sizin
aktiv stimulunuz var.

21. Hər saniyə sizin bədəniniz 25 milyon yeni
hüceyrə hasil edir.

22. İnsanlar qaranlıqda işıq saçırlar. Sadəcə bu
işıq gözlərimizin seçə bildiyindən 1000 dəfə
zəifdir.

23. İnsan hər ay “qabığını” tamamilə yeniləməklə,
ömrü boyu təxminən 40 kiloqram dəri “atır”.

24. Bizim beynimizin birləşmiş neyronları kainatın
strukturuna oxşayır. Hansısa anlamda beyin
kainata bənzər yaradılıb.

25. Hüceyrələrimizin 90 %-i bizi o qədər də insan
etmir - əsasən biz göbələk və bakteriyayıq.

26. İnsanların eşitmə, görmə, toxunma, zövq,
iybilmə kimi beş ənənəvi hissləri ilə yanaşı, 15
“başqa” hissləri də var. Onlara tarazlıq,
temperatur, ağrı, zaman, bundan başqa daxili
hisslər - təngnəfəslik, istək və darıxma aiddir.

27. Siz düşündüyünüzdən bir az daha çox
varlısınız. Bizim hər birimizin daxilində təxminən
0,2 milliqram qızıl var. Onun əksər hissəsi
qanımızda həll olunub. Təəssüf ki, sizə səkkiz
qramlıq qızıl pulu düzəltmək üçün 40 min insanın
qanı lazım gələcək.

28. Bizim beynimiz orqanizm tərəfindən istehlak
olunan kalori və oksigenin 20%-ini istifadə edir.
Baxmayaraq ki, yetkin insan bədəninin 2%-ini
təşkil edir.

29. Bəzi qadınlar başqalarına nisbətən daha çox
rəng görürlər. İnsanların əksəriyyətində 3 tip rəng
resoptorları var. Belə qadınlardan isə resoptorların
sayı 4 və ya hətta 5 ola bilir. Bu isə onlara daha
geniş rəng spektrini görməyə imkan verir.

30. “Sinesteziya” adlanan vəziyyət insanı bir hissi
başqa hiss vasitəsilə duymağa məcbur edir.
Başqa sözlə, bəzi insanlar səslə dada baxa bilər
və ya rəngləri eşidə bilər.

31. Nəfəs almaq zərurəti oksigenə olan
tələbatdan daha çox karbon 2-oksidin toplanması
ilə bağlıdır. Əgər karbon qazını qandan çıxartmaq
mümkün olsaydı, biz dəqiqədə təxminən 1 dəfə
nəfəs ala bilərdik.

32. Ağlamaq stresi aradan qaldırır və insanlara
nifrət və qəm hisslərini azaltmağa imkan verir. O
fiziki olaraq problemlərin öhdəsindən gəlməyə
kömək edir.

33. Bizim göz yaşlarımız da onların əmələ
gəlməsi səbəblərindən asılı olaraq müxtəlif
strukturlara malik olur. Mikroskop altında kədər,
ümid gözyaşları soğan kəsərkən yaranan göz
yaşlarından fərqli görünür.

İnsan bədəninin inanılmaz möcüzələri
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Alev..
    • Alev..
    • 20 Aralık 2015 14:09
    -Vuaaa nələr varmış nələr 53
  2. SindireLLa
    Olduqca Maraqlı idilər. Hamısını oxudum. Bəzilərini biliridm.

    9. Yetkin insan
    7,000,000,000,000,000,000,000,000,000 (7
    oktrilyon) atomdan ibarətdir. Müqayisə üçün
    bildirək ki, qallaktikada təxminən üç yüz milyard
    ulduz var.


    Qalaktikadakı uzduzlar təxmin edilə bilməyəcək qədər coxdur.
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.