Neylərdin,İlahi ?!

26 Aralık 2015
3 671
3
Neylərdin,İlahi ?!
Neylərdin,İlahi ?!


Neylərdin,İlahi ?!

Daş qəlbli insanları neylərdin, ilahi?!
Bizdə bu soyuq qanları
neylərdin, ilahi?!

Artdıqca həyasızlıq olur el mütəhəmmil,
Hər zülmə dözən canları
neylərdin, ilahi?!

Neylərdin,İlahi ?!

Bir dövrdə kim, sidqü səfa qalmayacaqmış, --
Bilməm belə dövranları
neylərdin, ilahi?!

Məzlumların göz yaşı dərya olacaqmış, --
Dəryaları, ümmanları
neylərdin, ilahi?!

Neylərdin,İlahi ?!

Səyyadi-cəfakardə rəhm olmayacaqmış, --
Ahuləri, ceyranları
neylərdin, ilahi?!

Bağın, əkinin xeyrini bəylər görəcəkmiş, --
Toxm əkməyə dehqanları neylərdin, ilahi?!

Neylərdin,İlahi ?!

İş rəncbərin, güc öküzün, yer özününkü, --
Bəyzadələri, xanları
neylərdin, ilahi?!

Hökm eyləyəcəkmiş bütün aləmdə cəhalət, --
Dildadeyi-irfanları
neylərdin, ilahi?!

Neylərdin,İlahi ?!

Surtuqlu müsəlmanları təkfirə qoyan bu
Döşdüklü müsəlmanları
neylərdin, ilahi?!

Yaxud buların bunca nüfuzu olacaqmış, --
Beş-üç bu süxəndanları neylərdin, ilahi?!

Neylərdin,İlahi ?!

Qeyrətli danosbazlarımız iş bacarırkən, --
Tənbəl, dəli şeytanları
neylərdin, ilahi?!

Ərlər hərə bir qız kimi oğlan sevəcəkmiş, --
Evlərdəki nisvanları
neylərdin, ilahi?!

Neylərdin,İlahi ?!

Tacirlərimiz Sonyalara bənd olacaqmış,
Bədbəxt Tükəzbanları
neylərdin, ilahi?!

Sübhanəkə, sübhanəkə, sübhanəkə, ya rəb!
Baxdıqca bu hikmətlərə heyran oluram həp!


Neylərdin,İlahi ?!


Neylərdin,İlahi ?! Mirzə Ələkbər Sabir Neylərdin,İlahi ?!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Agaeva
    Şeyirleri çox sevirem çox sağ olun kepen
  2. Bella
    • Bella
    • 22 Ocak 2016 21:00
    Satirik şairlərimizdən olan Mirzə Ələkbər Sabirin yaradacılığını çox sevirəm. Onun şeirləri sanki bu günkü dövrümüzlə də uzlaşır. Eynilə
    " Neylərdin, İlahi?" Şeiri də ən sevdiyim , məktəb vaxtımda öyrəndiyim, heç zaman unudulmayan oxuduğum şeirlər sırasında yer alır. Təşəkkür)
  3. AluRa
    • AluRa
    • 26 Aralık 2015 20:52
    Mirze Elekber Sabirin butun seirleri menali ve gozeldi.Bu seirde hemcinin.Paylasdigin ucun cox sagol
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.