Hansı ölkədə nəyi hədiyyə etmək olmaz?!

02 Ocak 2016
2 499
1
Hansı ölkədə nəyi hədiyyə etmək olmaz?!
Hansı ölkədə nəyi hədiyyə etmək olmaz?!

Hansı ölkədə nəyi hədiyyə etmək olmaz?!

Fransa

Məsələn Fransada ailəli qadına başqa kişi tərəfindən ətir hədiyyə etmək ədəbsizlik sayılır. Bunu hədiyyəni onun həyat yoldaşı edə bilər.
Fransız qadınlara həmçinin xrizantema, qərənfil və qırmızı qızıl gül hədiyyə etmək də düzgün hesab edilmir.


Hansı ölkədə nəyi hədiyyə etmək olmaz?!

Almaniya

Bu ölkədə dəftərxana ləvazimatları hədiyyə etmək düzgün deyil və xüsusən də gündəlik tələbatları. Bu almanca qeyri dəqiq (qeyri punktual) olmasına işarə ola bilər.
Avropa Feministlərinə mətbəx ləvazimatı hədiyyə etmək heç də düzgün sayılmır.


Hansı ölkədə nəyi hədiyyə etmək olmaz?!

ABŞ

Bu ölkədə son zamanlar qəbzi üzərində olan hədiyyələr verirlər. Bu da hədiyyə alanın bəyənmədiyi halda onu dəyişə bilməsi üçündür. Buna görə xüsusən Milad bayramından sonra ABŞ mağazalarında mal dəyişdirən insanların sırası yaranır.

Hansı ölkədə nəyi hədiyyə etmək olmaz?!

ÇİN

Çinli bəylərə silah suvenirləri (xəncər, bıçaq, tapança) hədiyyə etmək düzgün sayılmır. Bu dostluğun bitəcəyinə işarədir. Qadınlara isə sarı və ağ güllər hədiyyə etmək düzgün hesab edilmir. Bunlar yas mərasiminin simvoludur.Çinlilərə yer, divar və masa saatı hədiyyə etmək olmaz. Ancaq qol saatı olar.
Çinliyə yumurta da hədiyyə etmək olmaz. Hətta pasxa bayramı yumurtası da. Bu axmaqlığa işarədir.
Ördək suveniri də çinlini təhqir edə bilər. Belə ki Çində kişi-fahişələrini ördək adlandırırlar.
Çinli hədiyyəni almadan qabaq üç dəfə ondan imtina edir və 4-cü isrardan sonra götürür.


Hansı ölkədə nəyi hədiyyə etmək olmaz?!

Yaponiya

Yapona heç bir səbəbsiz hədiyyə almaq olmaz. Bu onu narahat edə bilər.
Yeni ildə bahalı hədiyyə almaq düzgün deyil bu onlar üçün xüsusi bayram deyil. Hədiyyəni isə gecikdirmək hörmətsizlik sayılır. Yapon üçün ən pis hal isə onun təbrik etməyi unutduğu adamdan hədiyyə almaqdır. Yapon uşaqlarına yeni ildə şirniyyat və oyuncaq hədiyyə etmək düzgün hesab edilmir. Həmin gün onlara içində zərf olan pul hədiyyə edilir.Yaponlarda adətən yüksək vəzifəli şəxslərə delikates meyvələr hədiyyə etmək düzgün sayılır. Məsələn qara qarpız və ya 2 Yubari qovunu. Yaponlarda 4 və 9 sayda olan əşyalar hədiyyə etmək düzgün deyil. 4 ölüm, 9 isə ağrıya işarədir. Gül rənglərində də yaponlarda həssaslıq çinlilərdəki kimidir.


Hansı ölkədə nəyi hədiyyə etmək olmaz?!

Koreya

Koreyalılarda qırmızı rəng ölüm və qana işarədir. Ona görə də bu ölkədə qırmızı hədiyyələr etmirlər açıqcalarda isə qırmızı rəngi olmayanlardan istifadə edirlər və sağ adamların adını qırmızı mürəkkəblə yazmırlar. Sevgililər bir-birinə ayaqqabı hədiyyə etmirlər.Heç vaxt heç kəsə burun dəsmalı hədiyyə etmək olmaz.

Hansı ölkədə nəyi hədiyyə etmək olmaz?!

Vyetnam

Vyetnamlılara da saat, bıçaq hədiyyə etmək olmaz. Onlara həmçinin pişik hədiyyə etmək olmaz. Çünki pişik miyovuldaması Vyetnamca kasıblıq sözünə oxşayır.
Pul hədiyyə etdikdə isə onlar mütləq qırmızı zərfdə olmalıdırlar. Bu zənginliyə işarədir.


Hansı ölkədə nəyi hədiyyə etmək olmaz?!


mir.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. allah bendesi
    ne qeribe yersiz inanclari var:) cox sag olun paylawim ucun
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.