Saç rəngin xasiyyətindən xəbər verir

29 Eylül 2014
2 965
0
Saç rəngin xasiyyətindən xəbər verir
Saç rəngin xasiyyətindən xəbər verir


Saçınızın rənginin, formasının, həcminin xasiyyətinizdən danışdığını bilirsinizmi? Bunu alimlərin və psixoloqların uzun müddət apardıqları araşdırmalar ortaya çıxarıb.

Sarı saç:
Sarı saçlılar güclü, orijinal fikirli, dəyişiklikləri sevən, qeyri-adi qabiliyyətə sahib olan insanlardır. Sarışınlar çox vaxt yaxşılıqları qiymətləndirməyi bacarmırlar. Hansısa bir işi nadir hallarda sona çatdırırlar. Bir işi başa vurmamış digərinə əl atırlar. Səbirsizdirlər, özlərindən tez çıxır, bir dəqiqədə aləmi bir-birinə qatırlar. Həmişə yeni həyəcan axtarışında olurlar, sədaqətsizdirlər. Sarışınlar ətraflarındakı insanları ələ alıb, onlar üzərində hökmranlıq etməyi sevirlər. Ev işlərini xoşlamırlar. Onlar üçün həyatın əsl mənası alış-verişə çıxmaqda, teatra, gəzintiyə getməkdədir. «Ver yeyim, ört yatım, gözlə canım çıxmasın» məsəli belələrinə aiddir.

Qızılı saç:
Qızılı saçlılar da bir növ sarışınlara bənzəyirlər. Ancaq onların da fərqli xüsusiyyətləri var. Qızıl saçlılar daha səbirsizdirlər. Çox tez sevinir və tez də kədərlənirlər. Başqalarının özəl həyatına qarışmağı xoşlayırlar. Müstəqil qərar verməyi bacarmırlar. Şübhəcildirlər. Ən yaxşı xüsusiyyətləri dostcanlı olmalarıdır.

Tünd rəngli saç:
Ailəcanlıdırlar. Bütün günlərini evdə keçirsələr, bezməzlər. Səbirli, tədbirli, düşüncəli, ağırtəbiətli və təmizkardırlar. Tapşırılan işləri yerinə yetirmədən əl çəkmirlər. Uğur həmişə onlarla olur. Belələrinin xüsusi qabiliyyətləri olur. Onlar çox sadiq həyat yoldaşıdırlar. Əl qabiliyyətlərinə söz ola bilməz...

Saçın həcmi...

Nazik və yumşaq saç:
Bu cür saçları olan insanın xasiyyəti də saçına bənzəyir. Onlar nəzakətli, incə, təmizkar olurlar. Belələrinin evləri həmişə təmiz və səliqəlidir. Onlar səbirsizdirlər. Ailələrində söz-söhbət sadəcə, təmizlik ucbatından yaranır. Onların tək qüsurları həddindən artıq həssas olmalarıdır. Tez və yersiz yerə küsürlər. Bədxərcdirlər. Bəyəndiklərini almasalar, əl çəkmirlər. Buna görə də həmişə maddi baxımdan problemləri olur. Ancaq buna heç vaxt əhəmiyyət vermirlər.

Qalın saç:
Saçları qalın, cod olanların xasiyyəti də elə saçlarına bənzəyir. Güclüdürlər. Bu güclərindən yerli-yersiz istifadə edirlər. Hökmranlıq etməyi sevirlər. İncəlik onlara yad olan bir mövzudur. Çox alış-veriş etməyi xoşlayırlar. Dedi-qodunu sevirlər. Geyimlərinə əhəmiyyət vermirlər.

Orta həcmli saç:
Belə saç ağıl, səviyyə, sağlamlıq və tərbiyənin göstəricisidir. Belə saçı olanlar əvvəlcədən və tez qərar vermirlər. Ən adi bir qərarı verəndə də son nöqtəsinə qədər düşünürlər. İşlərində diqqətcildirlər. Buna görə də həmişə uğur onlarladır. Onların bir qüsuru var ki, o da kiməsə qulaq asmaq qabiliyyətlərinin olmamasıdır. Yaddaşları möhkəmdir. Onlara qulaq asmaq adama zövq verir.

Qısa buruq saç:
Saçları buruq və qısa olanlar rahatlığı xoşlayırlar. İşdən qaçırlar. Hamını özlərindən aşağı səviyyədə görürlər. Gəzib-dolaşmaq onlar üçün yaradılıb. Nəyisə problem edib, dərd çəkməzlər.

Qısa düz saç:
Belə xanımlar incəliyi xoşlamırlar. Onlar oğlanxislətlidirlər. Çətin, ağır işdə işləməyə üstünlük verirlər. Kişilərin etdiyi çətin işlərə can atırlar. Həmişə qadın olmalarından şikayətlənirlər. Belə qadınlar ev işlərini də yaxşı bacarmırlar.

Uzun düz saç:
Belə xanımlar nəzakətli və şəndirlər. Tərifi xoşlayırlar. Utancaqdırlar. Öyrəşmədikləri, dəyişik olan şeyləri sevmirlər. Tənhalığı xoşlayırlar. Çox az dostları olur və onlara çox sadiqdirlər. Belə xanımlar həm də çox yaxşı iş adamı olurlar. Sirlərini heç kimlə bölüşmürlər. Bütün işləri yüksək səviyyədə yerinə yetirirlər.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.