Dostoyevski: İnsanların Ən Çox Qorxduğu 3 Şey

Dostoyevski: İnsanların Ən Çox Qorxduğu 3 Şey
Dostoyevski: İnsanların Ən Çox Qorxduğu 3 Şey

Dostoyevski: İnsanların Ən Çox Qorxduğu 3 Şey

Fyodor Mixayloviç Dostoyevski bir zamanlar demişdi: “Bir çox insanlar üç şeydən – güvənmək, həqiqəti demək və özü olmaqdan qorxur.” Həqiqətən də, bu günkü cəmiyyəti və sırf öz hisslərinizi düşündükdə bu sözlərin nə qədər həqiqət olduğunu anlaya bilərsiniz. Bəs bunun səbəbləri nədi və biz bununla necə mübarizə apara bilərik.

Sizə bu barədə maraqlı və faydalı bir yazı hazırlamaq qərarına gəldik.

Dostoyevski: İnsanların Ən Çox Qorxduğu 3 Şey

1. İnsanlara etibar etməkdən qorxuruq.

Geridə qoyduğumuz həyat yolu dost xəyanəti, yalan, saxtakarlıq və məyusluqla doludur. Həyat bizə yaxşı dərslər verib və bu dərslərdə aldığımız yaraları sağaltmaq da çətindir. İnsanlara güvənmək günbəgün çətinləşir və hər keçən il güvənmək hissimizi tədricən itiririk. Yaş artıqca insanları daha tez tanımağı və məqsədlərini anlamağı öyrənirik.

Bu təcrübə və biliklərlə yaşamaq çətinləşir, lakin bizi daha müdrik etdiyi ən böyük həqiqətdir. Qəlbimizin isə qəribə bir xüsusiyyəti var – o, bir gün mütləq sağalır. Bunun olması üçün isə, insanlardan uzaqlaşmamaq lazımdır. Nə baş verməsindən asılı olmayaraq – sevmək və sevilmək lazımdır. Bir və ya bir neçə insana görə bütün insanlar haqqında hökm çıxarmayın. İnsanlara şans verin, lakin bu dəfə daha ağıllı və ehtiyatlı seçim etməyə çalışın.

2. Həqiqətlərdən qorxuruq

Uşaqlıqdan bir çoxumuza kiçik yalanların daha böyük yalanlara yol açdığını öyrədirdilər. İstənilən yalan özü ilə irili-xırdalı problemlər gətirir və siz durmadan yalan danışmağa məcbur olursunuz. Biz çox nadir hallarda bütün həqiqəti deyirik, düşünürük ki, həqiqətlər bizim gələcək xoşbəxt həyatımıza maneə törədə bilər.

İstənilən situasiyada həqiqətləri birbaşa deməyi öyrənin. Yalan danışmayın, susmaq bu halda daha yaxşıdır, nəinki yalan danışmaq. Heç bir şübhə olmadan etibar edilən insana çevrilməyə çalışın.

3. Özümüz olmaqdan qorxuruq

Dünya bizə “oynamağı” öyrədib. Hər gün yorulmadan oynamağa davam edirik. Ətrafımızda olan bütün insanların yanında özümüz kimi olmağa özümüzə icazə verə bilmirik. Maskalar bizim gündəlik aksessuarımıza çevrilib. “Özün kimi olmaq” ifadəsi indi çox dəbdə ola bilər, lakin heç kim bunu etməyə cəsarət edə bilmir.

Özünüzün nə istədiyinizi hər zaman yadda saxlayın. Öz arzularınıza doğru addım atın. Başqa insanların yanında rahat davranmağa özünüzə icazə verin. Hər zaman və hər yerdə yaşamağa çalışın. Yanınızdan ötüb keçən insanların haqqınızda düşünüyü şeylər nə qədər əhəmiyyətli ola bilər ki?

Dostoyevski: İnsanların Ən Çox Qorxduğu 3 Şey


Pahoo.az

RƏYLƏR
  1. allah bendesi
    cox şukur xeyanetle qarşilaşmamişam bu gune kimi inşALLAH Olmazda...dogrudur yaş artdiqca insanlari daha yaxşi taniyirsan dogru qeyd edileb bir ya bir nece insana gore insanlara hokum cixarmayin..bezen pisi gormesen yaxşinin qedrini bilmirsen..yalansa kicik yalanlar olur ama bu o demek deyilki yalan danişmalisan yalan ayaq tutar yerimez bir gun o yalanlar boynuna dolana biler oncun dogru qeyd edilib yalan danişmaqdansa susmaq daha yaxşidir..qaldiki oynamag meselesi duzdur etrafda o qeder varki sanki olduglari kimi olsa bunlara kimse neyse deyecek ama tam eksi olur her zaman..oncunde hec kimin fikirine ehemiyyet vermeyib insan oldugu kimi gorunmelidir..
    cox gozel movzudur ellerine sagliq
  2. Bella
    • Bella
    • 6 Mart 2016 13:57
    Çox maraqlı yazıdır. İndi hər kəs sadiq , onun güvənini doğrultmağa layiq olan bir dost, bir sirdaşın olmasını istəyir. Amma təəssüf ki, bu çox çətin bir prosesdir. Heç uzağa getmirəm. O insanlardan biri də mənəm. Düzü, mən çevrəmdə olan insanların əksəriyyətinə inammıram. Yalandan özlərini yaxşı göstərən insanlar çoxdur. Onunçün ən etibarlı insanlar ailə üzvləridir.
    Digər problem isə " Özün kimi olmaq" dır. Təəssüf ki, indi elə bir zamandayıq ki, insanlar dondan - dona girirlər. Bunun da dəfələrlə şahidi olmuşam. Nədənsə indi elələri daha hörmətli olur. Nəysə çox uzun- uzadı danışmayım)) Məqalə çox xoşuma gəldi, yazını oxuyub yenidən dərdim təzələndi) Təşəkkür
  3. ceyla
    • ceyla
    • 6 Mart 2016 13:00
    çox maraqlı idi sagolun
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.