Qısqanclıq hissindən necə qurtulmaq olar?

09 Mart 2016
2 179
4
Qısqanclıq hissindən necə qurtulmaq olar?
Qısqanclıq hissindən necə qurtulmaq olar?

[/center]
Qısqanclıq elə hissdir ki, yalnız qısqanan adam deyil, həm də qısqanılan adama əziyyət verir. Hər münasibət və hətta nikah daimi qısqanclığa və onunla bağlı olan incikliklərə və qalmaqallara dözə bilmir. Əgər siz hiss edirsinizsə ki, sizin qısqanclığınıza görə həyat dözülməz olur, münasibətlər isə sürətlə sona doğru yaxınlaşır, bu zaman təcili olaraq bu hissdən qurtulmaq lazımdır.

Sizin partnyorunuzun azad bir şəxs olduğunu anlayın
]Bir halda ki, sizin sevdiyiniz adam və ya yoldaşınız nə də olsa, sizin mülkiyyətiniz deyil və sosial mühitdə yaşayır, o öz şəxsi sahəsinin olması hüququna malikdir. Onların sizin bilmədiyiniz dostları və ya tanışları və sizin iştirakınız olmadan həll ediləsi işləri ola bilər. Onu güdmək və daim sorğu suala tutmaq axmaqlıqdır, çünki belə olduğu halda siz onu özünüzdən uzaqlaşdıracaqsınız. Ona azadlığın minimumunu verin ki, eşq münasibətləri ağır qandallara çevrilməsin.

Qısqanclıq üçün səbəb axtarmayın
Ümumiyyətlə qısqanclıq etibarsızlıqdır. Qısqanlığa heç bir səbəb olmadıqda özünüzü ələ alın və müxtəlif səbəblər fikirləşməyin.

Özünüzə qiyməti artırın
Əgər siz sevgilinizin hansısa bir başqa qadına fikir verəcəyini güman edirsinizsə, bu zaman siz özünüz haqqında aşağı fikirdəsiniz. Siz gözəl və ağıllı olduğunuzdan, sizinlə ünsiyyət saxlamağın maraqlı olduğundan əmin olduğunuz zaman siz artıq qısqanmayacaqsınız. Bunun üçün özünüzə qulluq edin, inkişaf edin, özünüzə və sizi əhatə edənlərə maraqlı olun.

Pozitivə köklənin
Sizin beyninizdə daim kədərli fikirlər olduğu vaxt sadəcə neqativi pozitivə transformasiya edin. Kədərli fikirləri pozitiv fikirlərlə əvəz edin.

Özünüzü reallaşdırın
Unutmayın ki, siz də həmçinin ayrı şəxsiyyətsiniz. Özünüzü elə məşğul edin ki, sizin xəyanət haqqında ağır fikirlərlə televizorun qarşısında mənasız oturmağa vaxtınız qalmasın.

Keçmiş münasibətlərə qısqanmayın
Həm sizin, həm də sevdiyiniz insanın sizdən əvvəl olan şəxsi həyatı var. Onu keçmiş rəfiqələrinə qısqanmaq lazım deyil, çünki onlar həqiqətən də keçmişdə qalıb.

Onun sevimli işinin olması əladır
Onu öz işinə qısqanmaq ən axmaq məşğuliyyətdir. Onun üçün işin öz sevdiyi qadınla ləyaqətli həyatı təmin etmək bir üsulu olduğunu düşünün.

Əks cinsin nümayəndələri ilə dostluq qısqanclıq üçün səbəb deyil
Əgər onun qadın dostları varsa, bu normaldır. Öz qısqanclığınızla siz əksinə, onu dostluq münasibətlərinə başqa gözlərlə baxmağa, maraq doğurmağa məcbur edə bilərsiniz.

İnsanın dostları olmalıdır
Kişini dostlarına qısqanmaq və ona görə əsəbiləşmək axmaqlıqdır. Sizin sevginizin nə qədər güclü olmağından asılı olmayaraq, bir-birinizə bağlılığı hiss etmək üçün bəzən müəyyən vaxt ayrı qalmaq lazım olu
.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Tariyel
    psixoloji yanashmisiz cox gozel ve duz fikirdi. minnetdaram size..calishmaq lazim sebebsiz anlamsiz sheylerde qisqancliq etmeyek. qisqancliq esas itirmek qorxusundan yaranir ama dushunmuruk ki eslinde qisqancliq uzunden itiririk..
  2. semsiyye
    Mene catan olmaz yeqiqinki, Menimde bu xasiyyetimden zehlem gedir cox qisqancam hetta atami ve qardasimi bele qisqaniram nedirrr buuu.cox sagolun ellerinize sagliq

    offfffffffffff sad
  3. allah bendesi
    qisqancam ama ashiri deyilem..cox sag olun ellerinize sagliq
  4. ALA GOZ
    məndəki bu qısqanclıq hissi heç vaxt qurtarmaz :( zəhləm gedir ozumdeki bu xasiyyetimnen tergize bilmirem :(
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.