"Bir Qadın"

08 Mart 2016
2 004
1
"Bir Qadın"
"Bir Qadın"




- Bir gün gələr, fani adlandırdığın həyata, vecsiz
olan bir cana, bir qadın daxil olar. Ruhun
gözəlləşər, təqvimin, yalnız rəqəmlərdən ibarət
olmaz. Dəyişərsən, geyimini dəyişərsən,
xəyallarınıda canlandırdığın Badu-kübəni
dəyişərsən. Kövrək musiqiləri, sevgi dolu
nəğmələrlə əvəz edib, playlistinə əlavə edərsən.
Həyatına biri daxil olar,
- Bir qadın.
- Baxışları, Paris ətirləri qədər özəl, sözləri
İncildən götürülmüş müqəddəs kəlamlar.Sabah
yuxudan oyandıqda, əlin avtomatik olaraq telefonu
axtarar. Və oxumaq istədiyin üç söz,
- Sabahın xeyir sevgili...
- Ürək, döyüntüsünü, səndə gülüşünü
çoxaldarsan. Xəyalların otaqlarını artırar, dörd
künc saydığın kürə, dairədən ibarət olar o gün.
Çox sevər səni, səni çox sevər,
- O qadın...
- Hər gün "necəsən?" deyə soruşar. Bilir eyni
cavabı verəcəksən, amma yenədə sorar. Düzdür,
ana qayğısı göstərə bilməz əsla, amma övladına
analıq nəvazişini hiss elətdirər. Qorxar, sənə bir
şey olacaq deyə, özünü fikirlərə qərq edər. Səni
çox sevər. Çox sevər səni,
- Bir qadın.
- Bu şəhərdə yaşar, küçələrindən keçər deyə,
sevərsən. Sevərsən bu şəhəri, bu küçələri.
Həyatda dörd fəsilin olması nəyinə gərək, o sənə
hər zaman "yazı" yaşadar.Bir zaman palçıq
adlandırdığın yağışı, soyuqdan ibarət olduğunu
zənn etdiyin qışı, sənə özəl etdirər. Hər zaman
"bu gün nə etdin?" deyə maraqlanar sənlə.Səni
çox sevər, çox sevər səni,
- Bir qadın.
- Zamanla onun nəyə qadir olduğunu anlarsan.
Zərif olmasına baxma, sənə bir şey olsa,
gözlərinin qızartısından, gözlərinə baxa bilməz
heç kim. Günşdən çox isti, günəşdən çox
qamaşdırar gözləri...
- Sirrini bölüşmək istəsən, dost-tanış boş şeydi,
bir qadına de. Sən desən belə, o əsla heç kimə
anlatmaz sirrini. Düşünər, hər saniyənə düşünər
"nə edirsən?" deyə. Səni çox sevər, çox sevər
səni,
- Bir qadın.....



- Süleyman Əliyev
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. allah bendesi
    duşuner her saniye duşuner `ne edirsen`? deye..cox sag olun ellerinize sagliq
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.