Gücün, ağlın və gözəlliyin olunca, bircə bəxtin olsa ...

19 Mart 2016
1 589
2
Gücün, ağlın və gözəlliyin olunca, bircə bəxtin olsa ...
Gücün, ağlın və gözəlliyin olunca, bircə bəxtin olsa ...

Bir gün dörd əliboş insan rastlaşıb dostlaşırlar. Fəhlə, tacir, şahzadə və keçmişi naməlum biri. Bu dördlük şəhərdən bir az kənarda, meşənin içində bir koma tapıb, orda məskunlaşırlar və qərara alırlar ki, növbə ilə özlərini dolandırsınlar.
Ilk növbə əvvəli fəhləlik olmuş əmək adamına düşür. O meşədən odun qırıb, şəhərdə satmağa başlayır və qazandığı pulla dostlarını bir gün dolandıra bilir.
Qapının üstünə isə belə bir söz yazır;
“Bir insanın bir günlük əməyi dörd insanın bir günlük yeməyinə bərabərdi”
İkinci gün tacir olmuş şəxsə növbə çatır. O dərhal bazara qaçır, hər şeyin qiyməti ilə maraqlanır, kənardan hansı malın daha çox satıldığını izləyir. Sonra isə malların şəhərə daxil olduğu məkana gəlir, ucuz qiymətə mal danışır, bazara gətirib lazımi qiymətə satır, qazanır. Tacir dostlarını bir həftə dolandıra bilir və qapının üstünə belə bir söz yazır;
“Ağıl gücə üstün gəldi.”
Sonra növbə şahzadə keçmişli gəncə düşür. Əziyyət görməmiş, işləməmiş bu şahzadə şəhərin gəzməli, görməli yerlərini gəzməyə başlayır. Bu vaxt şahın qızı da şəhəri kənizlərilə birgə gəzməyə çıxıbmış və gözü gözəl qamətli bu cavana sataşır. Onunla görüşmək istəyən qız kənizlərindən birini yollayır və gənci yanına gətirir. Şahzadə oğlan şahın qızı ilə bir gecə keçirir, vidalaşanda isə qiz ona min bir qızıl verir. Bu var dövlətlə komaya qayıdan şahzadə dostlarını bir xeyli dolandırır və qapıya yazır-
“Gözəllik- min bir qızıla bərabərdi.”
Nəhayət növbə keçmişi qaranlıq olan 4-cü dosta çatır. Komadan çıxır və nə edəcəyini, çoxdandı onu yedizdirən, saxlayan dostlarının yanına necə gedəcəyinin fikrini edir. Nə əmək qabiliyyəti, nə ticarət bacarığı, nə də bir gözəlliyi olmayan bu insan gününü meşənin qırağında bir daşın üstündə oturmaqla keçirir. Birdən bu fikir içində batmış insanın çiyninə bir quş qonur. Sən demə şah rəhmətə gedibmiş. Oğlu olmadığı üçün, növbəti şahı quş uçurmaqla seçmək qərarına gəlirlər.
Quşun bu qəribə insanı seçdiyini görüb yenidən uçurdurlar, bir neçə dəfə sınanmasına baxmayaraq quş yenə məhz həmin oglanın çiyninə qonur. Beləcə biəlac qalıb bu naməlum insanı şah təyin edirlər və onu əhali ilə tanış etmək üçün ağ fil üstündə şəhəri gəzməyə çıxardırlar.
Gəzə-gəzə gəlib komaya çatır, dostlarını komadan saraya köçürdür və qapıya belə bir söz yazır-
“Gücün, ağlın və gözəlliyin olunca, bircə bəxtin olsa yaxşıdır!”
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Bad_Angel123
    Men bexte inanmiram(wexsen)
  2. allah bendesi
    men bunu uzun zaman evvel eshitmishdim ama oxumagim cox yaxshi oldu..teshekkur ellerinize sagliq
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.