Dünya Haqqında Maraqlı Faktlar

19 Mart 2016
2 868
2
Dünya Haqqında Maraqlı Faktlar
Dünya Haqqında Maraqlı Faktlar

Günəş Sisteminin 9 planetindən biri olan Dünya haqqında bilinməyən bəlkə də milyonlarla, bəlkə də daha çox şey var. Bir çox elm insanı Dünya üzərində işlərinə davam edir və hər keçən gün dünya haqqında yeni məlumat və həqiqətlər kəşf edirlər. Biz də Dünya ilə bağlı bu məlumatların içindən ən maraqlılarını sizlər üçün yığdıq və ortaya faydalı və maraqlı məlumatlarla dolu gözəl bir siyahı çıxdı.


FeaT.Az dünya haqqındakı maraqlı məlumatlar ilə əlaqədar bu siyahısını təqdim edir:

Dünya, bir bowling topundan belə daha hamar səthlidir. Boulinq topunun üzərindəki, hiss edilməyən hamar səthlərin əksinə, ən yüksək dağ ilə ən dərin okean da Yer səthinin qalınlığının yalnız 5.000-də 1-ni təşkil edir.

Hər gün, kosmosda yaratdığımız peyk zibilliyindən təxmini olaraq 1 parça Dünyaya geri düşür.

Hər gün kosmosdan Dünyaya 100 ton ağırlığında meteorit tozu düşür.

Ozon dəliyi kiçilir. 2012-ci ildə deşiyin ölçüsü, son 10 ildəki bütün dəyərlərdən daha balaca idi.

Əgər zavodlara CO2 axışını pulu olacaq şəkildə hesablasaq, atmosferin maddi dəyəri 4.300.000.000.000.000 Funt-sterlinq olacaq. Atmosferdəki hər kubmetr başına 1.3 CO2 molekulu düşür.

Dünyada tikilən ən bahalı bina tikintisi üçün 150 milyard dollar xərclənmiş olan Beynəlxalq Kosmos Stansiyasıdır.

Dünya üzərində kəşf edilmiş ən dözümlü canlı olan Tardigrad, vakuumlu kosmos şəraitində 10 gün həyatda qalır.

Çindəki hava çirklənməsi kosmosdan görünür ancaq Çin Səddi, kosmosdan görünmür.

Bir gündə tam olaraq 24 saat yoxdur. Doğrusu, 23 saat 56 dəqiqə 4 saniyədir.

Günümüzdə, an etibarilə Dünya ətrafında 22.000 ədəd peyk fırlanır. Bunların sadəcə 5%-i işləyit ,8% nin yanacağı bitmişdir, 87%-i isə xarab olub işləmir.

Dünyaya düşən ən böyük meteor, krater yaratmamışdır. Meteor, quruluşu etibarilə künclü və kənarları düz olduğuna görə yəqin ki, bir daşın suda sıçraması kimi səthdə sıçrayıb və dayanıb.

Armstronq limiti kimi tanınan yüksəklik məhdudiyyəti yerdən 19 kilomet məsafədədir. Bu limitdən sonra kosmonavt paltarı geymək lazımdır. Əgər geyməsəniz , bədəndəki su, bədən istiliyində qaynamağa başlayacaqdır.

Dünyadakı suların 97%-i duzlu, 3%-i şirin sudur.

Antarktidadakı ümumi buz miqdarı, Atlantik Okeanındakı suyun miqdarına bərabərdir.

Bir Litr okean suyu içərisində 1 qram qızılın 13 milyardda biri qədər qızıl elementi olur.

Dünyaya hər saniyə 100 ildırım düşür.

Dənizlərdəki tullantıların 90%-i plastik materiyallardır.

Okeanlarda orta hesabla 1.000.000 ədəd növ yaşadığı güman edilir. Bütün okean növlərinin sadece 33% nin kəşf edildiyi güman edilir.

Dünya üzərindəki bütün vulkanik fəaliyyətlərin, 90%-1 okeanlarda baş verir.

Dünyanın ən dərin nöqtəsi olan Mariana çökəkliyi, okean səthinin təxminən 11 kilometr dərinliyindədir.

Dünya, Günəş Sistemi içərisində lövhə tektonikasına malik yeganə planetdir. Əgər lövhə hərəkəti olmasaydı, karbon istehlak edilib bərpa olunmazdı və Dünya, eynilə Venera kimi hədsiz qızardı.

Nadir elementlər kimi tanınan kimyəvi maddələr, güman edildiyi qədər "nadir deyillər. Lutetyum elementi Dünya qabığında altından 200 qat daha çox olur. Ki, bu, nadir elementlər arasında ən seyrək rast gəlinəndi.

Dünyada qızılın 99%-i, nüvə daxilində yerləşir. Belə ki, Dünyanın ətrafını 45 santimetr qalınlıqda örtəbiləcək qədər qızıl var.

Dünyanın nüvəsində 5500 dərəcə istilik var. Bu istilik, Günəşin səth temperaturuna demək olar ki, bərabərdir.

Dünyanın qəlbi kimi sayılan nüvə, 2500 kilometr diametrə malik bir dəmir kürədir. Qor olacaq səviyyədə isti olmasına baxmayaraq, nüvə üzərindəki təzyiq o qədər çoxdur ki, dəmir bu temperaturda əriyəbilmir.

Dünyanın ən böyük kristalları, 55 ton ağırlığındadır. Bu kristallar, Meksikanın altındakı Naica gümüş mədənlərindədir.

Dünya üzərində açılan ən dərin oyuq, Sakharin-1 quyusudur və 12.4 kilometr dərinliyə enmişdir. Dünyanın səthindən mərkəzinə olan məsafə (radiusu) isə 6371 kilometrdir.

Dünyanın ən dərin nöqtəsində (quruda) yaşayan bakteriyalar, səthin 2.8 kilometr altında tapılmışdır. Bu bakteriyalar həyatda qalmaq üçün urandan yayılan radioaktivlikdən istifadə edərək suyu istifadə ediləbilən enerjiyə çevirəcək bir metod inkişaf etdirmişdir.

Amazon Çayının təxminən tam altında, yer səthindən 4 kilometr dərinlikdə, Rio Həmzə Çayı adı verilən bir su axır. Bəzi məqamlarda 400 kilometr qədər genişliyə çatan bu çay, torpağın içərisində saatda yalnız 1 millimetr sürətlə axır.

Hər il, Səhra Çölündən Amazon Meşələrinə 40 milyon ton ağırlığında, üzvü maddələrlə zəngin qum dənələri uçur.

Türkmənistanda olan Cəhənnəm Qapısı adlı çuxur, yer altında sıxılmış qazın, düzgün bir krater içərisində alovlanmasına görə 40 ildən uzun bir müddətdir ki, dayanmadan yanır.

Dünyada indiyədək qeydə alınan ən yüksək temperatur, 1922-ci ildə Liviyanın Əl Azizia rayonunda qeyd edilən 57.8 selsi dərəcə istidir.

Dünyada indiyə qədər qeydə alınan ən soyuq gün, Antarktidadakı Vostok Stansiyasında qeydə alınıb və -89.2 selsi dərəcədir.

Dünya üzərindəki ilk həyat ehtimalına günümüzdən 3.5 milyard il əvvələ aid təbəqələrdə, Avstraliya da rast gəlinir. Bu o qədər uzun bir müddətdir ki, o dövrdə atmosferdə oksigen belə olmayıb.

Dünyanın ən quraq bölgəsi kimi tanınan Antarktidanın Quru Dərə bölgəsinə son 2.000.000 ildir heç yağış düşməmişdir.

Bu günə qədər planetimizdə 106.000.000.000 insan yaşamışdır. 2050-ci ilə çatanda Dünyada 9.200.000.000 insan olacağı təxmin edilir.

Dünyanın yaşı təxminən 5 milyard il hesablanarkən, Dünyadakı həyat yalnız son 150 - 200 milyon ildə vardır. Yəni "həyat, Dünya həyatının yalnız 5% - 10%-i qədərdir.

Dünyanın ən böyük səhrası Sahara, 9 000 000 kvadrat km-lik sahəsiylə demək olar ki, ABŞ boydadır.

Günəş şüaları (işıq fotonu) Dünyaya 8 dəqiqə 3 saniyə ərzində çatır.

Dünyanın ən böyük şəlaləsi, 979m hündürlükdən tökülən Venezuelladaki Angel Şəlaləsidir.

Asiya qitəsi Dünya quru sahəsinin 30%-ni tutur və Dünya əhalisinin 60%-nə ev sahibliyi edir.

Dünyanın ən geniş sahəyə yayılmış şəhəri 25.427 kvadrat km-lik sahəsiylə ilə Avstraliyanın Mt.Isa Queensland şəhəridir.

Dünyanın ən çox ölkə ilə sərhədi olan ölkə Çindir. Çinin 15 ölkə ilə sərhədi var.

Dünyanın ən yüksək yaşayış məntəqəsi dəniz səviyyəsindən 5.090 m yüksəklikdə olan Çinin Webzhuan ərazisidir.

Dünyada ən çox can alan Cyclone adlı qasırğa Banqladeşdə 1991-ci ildə baş vermişdir və 200.000 nəfərin ölümünə səbəb olmuşdur.
wsemir.com
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Bad_Angel123
    Maraqliydi cooox saqolun.
  2. allah bendesi
    Çindəki hava çirklənməsi kosmosdan görünür ancaq Çin Səddi, kosmosdan görünmür.
    maraqlidir...bezileri haqqda bilirdim cox sag olun ellerinize sagliq
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.