Şəxsi həyatınızda nə dərəcədə yetkinsiniz?

02 Nisan 2016
1 556
1
Şəxsi həyatınızda nə dərəcədə yetkinsiniz?
Şəxsi həyatınızda nə dərəcədə yetkinsiniz?

Sirr deyil ki, qadın özünü əsl qadın kimi kişinin yanında hiss edir, kişi isə yalnız qadının köməkliyi ilə özünə güvənir. Hansı vacibdir: özün üçün, ya sevdiyin insan üçün yaşamaq? Şəxsi həyatınızda özünüzü nə dərəcədə yetkin apardığınızı müəyyənləşdirməyə çalışın.

1. Təcrübəli kişi qadında ilk növbədə nəyi qiymətləndirir?

A. Gözəl bədən quruluşunu
B. Evdarlığını
C. Ağıl və yumor hissini

2. Bəs tələbkar qadın kişidə ilk növbədə nəyi qiymətləndirir?

A. Böyük bank hesabını
B. Prestijli avtomobilini
C. Yaxşı manera və mühakiməsini

3. Sevdiyiniz kişinin həmişə qadınlarla əhatə olunmasına necə baxırsınız?

A. Qadınlardan bəzisinin SPİD olduğu barədə şayiə yayarsınız
B. Nömrə bir olduğunuzu göstərəcək hər hansı hərəkət edərsiniz
C. Məmnun olacaqsınız ki, o, məhz sizi seçib.

4. Partnyorunuza nə zaman kompliment edirsiniz?

A. Daha çox onun tərəfindən gözləyirsiniz
B. O, əla görünəndə
C. Dəyərli bir şeyə nail olanda

5. Qorunmaya görə kim məsuliyyət daşıyır?

A. Taleyə ümid bağlamaq lazımdır
B. Heç biri
C. Hər iki partnyor


6.Ən yaxşı dostunuz kimdir?

A. Ana və ya atanız
B. Keçmiş sinif yoldaşınız
C. Sevgiliniz

7. Uzunmüddətli sevgi münasibətlərini nə qoruyub-saxlaya bilər?

A. Gözəl alt paltarı
B. Partnyorun istəyinə yönəlmək
C. Sevgidə ixtiraçı olmaq

8. Həqiqətən sevildiyinizi necə müəyyən edə bilərsiniz?

A. Gün ərzində işlətdiyi sözlərdən
B. Sizin üçün etdiklərindən
C. Sekslə necə məşğul olmağınızdın

9. Partnyorunuzla dalaşanda:

A. Qışqıraraq bir-birinizi ittiham edirsiniz
B. Uzun-uzadı susursunuz
C. Emosiyaların partlayışı yataqda barışma ilə bitir

10. Partnyorunuza hansı şəraitdə xəyanət edə bilərsiniz?

A. Xəyanətinə cavab olaraq
B. Əgər bunu sübut etmək olmazsa
C. Sizi özünə dəlicəsinə çəkən bir insanla qarşılaşanda

Nəticələri hesablayaq:


Hər "A" cavabına görə 1 xal, hər "B" cavabına görə 2 xal, hər "C" cavabına görə isə 3 xal verin.

28-36 xal

Siz sevgi məsələlərində təcrübəlisiniz və partnyorunuzun ehtiyaclarını başa düşürsünüz. Sizin kimi bu sahədə bilikli olan ikinci adam tapılmaz. Hələ də özünüzə uyğun partnyor tapmamısınızsa, bu, ya pis təsadüfdür, ya da ona olan yüksək tələblərinizdəndir.

20-27 xal

Siz özünüzü ağıllı adam kimi aparır və seksdən gündəlik münasibətlərə keçməyi bacarırsınız. Eyni zamanda, partnyorunuzda uzunmüddətli münasibətlər yalnız seksə dayanır. Siz onun ehtiyaclarına fərqli yanaşmalı və maneranızı dəyişməlisiniz. Nə qədər ki gec deyil, onunla bu haqda danışın.

12-19 xal

Siz şəxsi həyatınızda ya çox gənc, ya da sadəlövhsünüz. Potensial partnyorlarınızın çoxu sizi dözülməz hesab edəcək və normal seksual və gündəlik münasibətlərə yararsız hesab edəcək. Ola bilsin, testin suallarına cavab verəndə yaxşı fikirləşməmisiniz?

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Agaeva
    Gözel xeber alinibi amma mene aid deyil çox sağolun
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.