Həqiqətlər..(2)

01 Ekim 2014
1 702
0
Həqiqətlər..(2)
Həqiqətlər..(2)


İnsanlara hiddətlənə bilməzdim.Bir halda ki,onların ən yaxşısı,ən əzizi mənə çox pislik etmişdi,başqalarından nə gözləyə bilərdim? Bir daha insanları sevib,onlarla yenidın qaynayıb-qarışa bilməyəcəkdim.Çünki çox inandığım , çox arxalandığım bir adamı tanımayıb aldanmışdım.Bu halda məgər başqalarına əmin ola bilərdim?


Hər halda illər beləcə gəlib ötəcək,gözlədiyim gün gələcək,hər şey sona çatacaq.Doğrusu,başqa bir şey də istəmirdim.Həyat məharətlə mənimlə pis bir oyun oynamışdı.Odur ki, nə özümdə ,nə də başqalarında heç bir günah görmür,hadisələri olduğu kimi qəbul edir,buna səssiz-səmirsiz dözürdüm.Lakin bunun beləcə davam etməsinə ehtiyac yox idi.Sıxılır,lakin şikayət etmirdim.


Adamlar əylənib,yaşayırdılar.Mən öz daxili aləmimə qapılmaqla,tək-tənhalığımla onlardanüstün deyil,çox aşağı olduğumu başa düşürdüm.Həmişə olduğu kimi , yenədə hiss edirdim ki, adamlardan kənar gəzib dolaşmaq, başqalarından üstünlük əlaməti deyil,şikəstlikdir,xəstəlikdir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.