Fani və 3 Dost - İbrətli Hekayə

15 Nisan 2016
9 911
6
Fani və 3 Dost - İbrətli Hekayə
Fani və 3 Dost - İbrətli Hekayə

Yer üzərində Fani adlı biri yaşayırdı. Onun 3 dostu vardı.Dostlarından ikisini daha çox sevər, onlarla tez-tez görüşər,çoxlu söhbət edərdi. Üçüncü dostu isə çox gec-gec yadına düşərdi.Bir gün şəhərin Baş Hakimi Fanini yanına çağırdı. Fani Hakimdən çox qorxduğu üçün dostlarından birinin onunla getməsini, onu tək buraxmamasını istədi. O, əvvəlcə birinci - ən çox sevdiyi dostunun yanına üz tutdu. Dostu üzünü turşutdu və çox zəngin bir məclisə dəvət aldığını və buna görə onunla gedə bilməyəcəyini söylədi. Fani bundan sonra ikinci - ən sevdiyi dostunun yanına getdi və ondan onunla getməsini xahiş etdi. Dostu bir az tərəddüddən sonra bu xahişi qəbul etdi və onunla getdi.Məhkəmə qapısına çatanda ise ayaq saxladı və dedi: "Bağışla, mən bundan sonra gələ bilməyəcəm, çox qorxuram.Sən özün tək getsən, daha yaxşı olar". Fani əlacsız məhkəmə qapısından tək içəri daxil oldu. Hakim onu bu günə qədər etdiyi işlərə görə sorğuladı. Elə bu vaxt Faninin gözləmədiyi anda üçüncü dostu onun köməyinə gəldi və elə şeylər danışdı ki, Hakim Faninin günahlarını bağışladı. Bu hekayədə Fani biz insanlar, məhkəmə qapısı məzar daşı, Hakim isə uca Allahdır. Birinci dost bu həyatda ən çox evdiyimiz var-dövlətimizdir ki, biz onu özümüzlə o biri dünyaya apara bilmərik.ikinci dostumuz yaxın qohum-əqrabımız, dost-tanışlarımızdır.Onlar da bizimlə yalnız məzarlığa qədər gələ bilərlər, lakin o biri tərəfə bizimlə gedə bilməzlər.Üçüncü gec-gec xatırladığımız dost isə o biri dünyada bizə ən çox faydası toxunacaq olan bu Fani dünyada etdiyiyimiz yaxsılıqlardır.
Əvvəlki Xəbər
RƏYLƏR
  1. Turkan_18
    Allah bendeai Allah razi olsun)
  2. allah bendesi
    Sitat: Turkan_18
    Allah bendesi tesekkur mesaj acilmir mende gəlib ama acilmir)

    he yeni istifadeciler 30 sherh yazdiqdan sonra..olmasa sehv etmiremse 3 xeber gonderdikden sonra acilacaq ikisinden biri hansi asandirsa size onu edin sonra admin status verecek size acilacaq mesajinizda.deymez buyrun
  3. Turkan_18
    Allah bendesi tesekkur mesaj acilmir mende gəlib ama acilmir)
  4. Agaeva
    Çox gözel Hekaye di teşekurler
  5. allah bendesi
    Sitat: Turkan_18
    Salam men məqalə paylasmisam ama bilmirem nece baxa bilerem meqaleye xais deye bilersiz

    salam profilinize daxil olun melumat bolmesine baxin orda hem xeber hemde sherh sayiniz qeyd olunub eger xeber atmisizsa xeber sayinda 1 yazilir ...ordan baxmaq olur menim bildiyim:)menali meqadedir beyendim teshekkurler ellerinize sagliq
  6. Turkan_18
    Salam men məqalə paylasmisam ama bilmirem nece baxa bilerem meqaleye xais deye bilersiz
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.