Canavarın ibrətamiz qisası - ovçunu dəhşətə saldı

02 Mayıs 2016
4 796
2
Canavarın ibrətamiz qisası - ovçunu dəhşətə saldı
Canavarın ibrətamiz qisası - ovçunu dəhşətə saldı

Təbiət həmişə maraqlı və sirli olub, bu dəfə biz bir ovçunun başına gələn ibrətamiz hadisəni təqdim edəcəyik.

Bir gün ova getmişdim. Canavar yuvasını tez tapdım. Ana canavarı yerindəcə güllələdim, onun balalarını isə itim gəmirib, öldürdü. Axşam bu hadisəni evdə və dostlarımla oturduğum kafedə şərəflə danışırdım.

Səhərisi gün həyətdəki hay-küyə və itin zingiltisinə yuxudan oyandım və tez həyətə qaçdım. Gördüyüm mənzərə məni dəhşətə gətirdi. Həyətdə böyük bir canavar var idi, itim qorxusundan tövlənin dibinə qısılmışdı. Canavarın yanında isə mənim iki yaşlı oğlum durmuşdur, onun quyruğu ilə oynayırdı. O təhlükəni hiss etmirdi. Mən oğluma heç nə ilə kömək edə bilmirdim. O məhv elədiyim ailəsinin intiqamını almağa gəlmişdi. Canavarla gözlərimiz sataşdı. Мən az qala ona yalvarmağa başlayırdım:"Oğluma dəymə, onun əvəzinə məni parçala."

Acizlikdən gözlərim yaşla doldu. Oğlum canavarın quyruğunu buraxıb, mənə tərəf qaçdı. Mən onu bağrıma basdım.

Canavar isə sakitcə çıxıb getdi. O qisasını almışdı. Məndən fərqli olaraq o qansız və ölümsüz öz ailəsinin qisasını aldı.
O öz ağrısını mənə verib getdi...
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. allah bendesi
    bezen insanlarin dushuncesiz hereketleri olur bu da onlara bir netice ders cixara bilen ucun..tesirli hekayedir :(((teshekkurler ellerinize sagliq
  2. Xusha
    • Xusha
    • 3 Mayıs 2016 00:29
    Ay da cox pis oldum üreyim sixildiye lap, canavar insandan agilli cixdi
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.