Dünyanın ən qəribə ölüm faktları - SİYAHI

17 Mayıs 2016
2 367
0
Dünyanın ən qəribə ölüm faktları - SİYAHI
Dünyanın ən qəribə ölüm faktları - SİYAHI

Kimisi başına düşən inək ucbatından ölüb, kimisi də səhvən şorbanı qanına inyeksiya edərkən...
Maraqlı ölüm hadisələrini FeaT.Az təqdim edir.

1. 2007-ci ildə Cenifer Streync radioda kim ən çox su içər oyununun qalibi olub sonra dünyaya gözlərini yumub.

2. Bizim eradan əvvəl 207-ci ildə Yunan filosofu Xrisipp gülməkdən dünyasını dəyişib.

3. 1793-cü ildə Frantisek Kotzvara gitarist qizla öpüşən zaman boğulub dünyasını dəyişib.

4. 1850-ci ildə Zakari Teylor (ABŞ 12-ci prezidenti) 4 iyulda hava çox isti olduğundan dondurma yeməkdən dünyasını dəyişib.

5. 1884-cü ildə dedektiv Allan Pinkerton ayağı ilişərkən dilini dişləyib və bu yaranın qanqrenaya çevrilməsi nəticəsində dünyadan köçüb.

6. 1941-ci ildə İngilis yazışı Şervud Anderson qonaqlıq zamanı bilmədən diş çöpü udub və dünyasını həmin andaca dəyişib.

7. 1993-cü ildə ofis şüşəsinin qırılmaz olduğunu sübut etmək üçün var-gücü ilə özünü pəncərəyə çırpan Harri Qoy 10-cu mərtəbədən yıxılaraq həyatını itirib.

8. 1940-cı ildə atasının məzarını ziyarətə gələn və digər qəbir daşının üzərində öz adını görən Markus Qarvey infarkt keçirərək ölüb.

9. Həyatı boyunca ölümsüzlüyü axtaran və civədən dərmanlar içərək, ölümsüz qalacağını düşünən Çin imperatoru Qin Şi Huanaq elə bu dərmanlar ucbatından vəfat edib.

10. Hans Steininqerin ölümünə səbəb isə saqqalını uzatması olub. O, saqqalına ilişərək boynu qırılıb.

11. Müharibə zamanı kəsdiyi düşmən başını əlində gəzdirərək, zəfərini göstərməyə çalışan Siqurd Eysteinsson kəsik başdakı dişin ona dəyməsi zamanı infeksiyaya yoluxub, 892-ci ildə ölüb.

12. Tarakan yemək yarışmasına qatılan və yediyi tarakanların sayının çoxluğundan zəhərlənən Eduard Arçbold 2012-ci ildə həyatla vidalaşıb.

13. İlda Vitor Maşiel bədəninə etdiyi şorba inyeksiyasından sonra vəfat edib.

14. 2011-ci ildə rus həkimlərinin ölüm diaqnozu ilə morqa göndərdiyi rus Faqulyu Mukametzyanov yas mərasimində oyansa da, özünü tabutda görüb infarkt keçirmişdi.

15. Robert Vilyams bir tonluq fabrik robotunun üzərinə düşməsi nəticəsində dünyasını dəyişib. Bu, tarixə robotların ilk cinayəti kimi yazılıb.

16. 1947-ci ildə evini zibilliyə çevirən Homer Kolier çıxış qapısının yerini tapa bilmədiyi üçün evdə aclıqdan ölmüşdü.

17. Bir ayağı olmayan və taxtadan hazırlanmış protez ayaqla həyatına davam edən Arsur Aston 1649-cu ildə protez ayağı ilə döyülərək qətlə yetirilib.

18. Joao Maria de Souza 2013-cü ildə başına inək düşdüyü üçün vəfat edib.

19. Oturacağına bağladığı 47 ədəd raketi alovlandıraraq kosmosa uçacağını düşünən Vanq Hu yerə çırpılaraq həyatını itirib.

20. 1911-ci ildə Parisdə Eyfel qülləsinə çıxan və paltosunu paraşüt kimi istifadə edən Franz Reiçhelt ordan tullanaraq, ölüb.

21. ABŞ-ın Yeni Orleans əyalətində dənizdə boğulma hadisəsinin olmadığı mövsümü qeyd edən xilasedicilərin yığıncağında iştirak edən xilasedici Jerome Mudi boğularaq ölüb.

22. HMS Triniad döyüş gəmisində mərmini hədəf yerinə özünə tuşlayan kişi çox acınacaqlı şəkildə can verib.

23. İllər əvvəl Yunanıstan kralı birinci Aleksandrosu evdə saxladığı meymun dişləyir, 1920-ci ildə həyatını itirir.

24. Silahlı basqına məruz qalan və həyatda qalmağı bacaran Klement Vallandiqham 1871-ci ildə münsiflər qarşısında silahla necə vurulduğunu başa salmağa çalışarkən, özünü öldürüb.

25. 1751-ci ildə şərəfinə təşkil edilən axşam yeməyində həddən çox yeyib həyatını itirən Julian Offray de La Mettrienin ölümü bu qədər zaman keçsə də, hələ unudulmayıb.

26. Xose Luis Oçoa 2011-ci ildə xoruzunun ayağına bıçaq bağlamış və xoruz döyüşü zamanı kamerayla çəkiliş edərkən bu bıçaqla ölmüşdü.

27. 1794-cü ildə Con Kendrik döyüş qazisi olaraq qatıldığı bir mərasimdə atəşlənən top mərmisinin altında qalaraq can verib.

28. Afina Məclisinin üzvü Drako isə ona göndərilən hədiyyələrin altında qalaraq vəfat edib.

29. 1943-cü ildə Kritik Aleksandr Uollcott Hitler haqqında danışarkən infaktdan dünyasını dəyişib.

30. 1978-ci ildə Pop müğənni Claude François su ilə dolu vannada dayanaraq lampanı dəyişərkən cərəyan vuraraq dünyadan köçüb.

31. 1993-cü ildə Məhşur aktyor Brus Li-nin oğlu Brandon Li kino çəkilişində ölüb.Belə ki döyüş səhnəsi çəkilərkən tapançadakı boş mərmilərin içində gizlənən həqiqi mərmi onun ölümünə səbəb olub.Atası kimi oda qeyri adi şəraitdə dünyasını dəyişib.

32. 2003-cü ildə məhşur Zooloq Timati Tredvell 30-il əhilləşdirərək saxladığı ayı tərəfindən parçalanaraq yeyilmişdir.

33. 2005-ci ildə Çinli 28 yaşlı Li Seung Seup 50 saat dayanmadan StarCraft oyununu oynamaqdan dünyasını dəyişmişdir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.