Yuxu haqqında bir qədər

25 Mayıs 2016
1 854
0
Yuxu haqqında bir qədər
Yatmayanlar da varmış
Hər sahədə olduğu kimi, yuxu ilə bağlı anomiyaların qurbanına çevrilən bədbəxtlər də var. İnsanın illər boyu yatmadığı hallar da elmə məlumdur. Həm də bu adi yuxusuzluq deyil. Məsələn, Minskdə yaşayan Yakov adlı bir nəfər 17 ildir ki, yatmır. Səbəb? O, zəhərləndiyindən klinik ölüm keçirib və bir həftə komatoz vəziyyətdə qalıb. Yakov ayılandan sonra dünyaya fərqli münasibət bəsləməyə başlayıb. Öz bədəni ona yad kimi görünüb. Vaxt keçdikcə yuxusuzluq fiziki əzab kimi qarşılanmır, adiləşir.

Da Vinçinin yuxusu
Leonardo da Vinçi gecə yuxusunu parçalayar və hər 4 saatdan bir 15-25 dəqiqə, yəni sutkada 2,5 saat yatarmış. Dahi rəssamın yuxuya bu munasibəti fasiləsiz yatmaq əvəzinə, arabir 40-60 saniyə mürgüləyən hind delfininin çimir almağına oxşayır. Amma belə də deyirlər ki, da Vinçi ahıl yaşlarında yatmağı xoşlayırmış.

Mürgülü Napoleon
Hələ məktəbdə oxuyandan bilirrik ki, böyük sərkərdə Napoleon sutkada cəmi 4 saat yatarmış. Amma, onun az yatması orqanizmin tələbatına yox, sərkərdə-imperatorun hədsiz məşğulluğundan asılı imiş. Napoleonun müasirləri öz xatirələrində vurğulayırlar ki, imperator çox vaxt yuxulu və yorğun olarmış. Belə bir fikir var ki, onun bir çox səhvlərinin əsas sahibi xroniki yuxusuzluq imiş.

Taleyüklü səhvlər
Təkcə Napaleon yuxu pozuntusundan əziyyət çəkməyib. Doyunca yatmağın diqqətsizliyə, səhlənkarlığa səbəb olan yanlışlıqlara nümunələr çoxdur. Məsələn, Çernobıl AES-də baş verən qəzanın əsas səbəbləri sırasında növbələri tez-tez dəyişməsinin, əlavə vaxtda işin, uzunmüddətli gecə növbətçiliyin də adı çəkilir. Uzun müddət yuxsuzluqdan əziyyət çəkən operatorlar qəzadan müdafiə sisteminin vaxtında yoxlamağın qayğısına qalmamaışdılar.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.