Niyə Ağıllı İnsanlar Tənhalıqda Daha Xoşbəxt Olurlar?

02 Haziran 2016
1 847
0
Niyə Ağıllı İnsanlar Tənhalıqda Daha Xoşbəxt Olurlar?
Əgər dahi hesab edilən insanın az dostunun olduğunu və ya ümumiyyətlə dostunun olmadığını müşahidə edirsinizsə, bunun özündən müştəbehlik və ya lovğalıq ucbatından olduğunu düşünməklə, tez hökm çıxarmayın. Çünki səbəb tamamilə fərqli şeylərdə ola bilər. İnsan tənhalığı belə olduqda özünü daha rahat və xoşbəxt hiss etdiyi üçün də seçə bilər. Yəni, ətrafında insan olmadıqda özünü daha xoşbəxt hesab etmək mümkündür.

Britaniya Psixologiya Jurnalında dərc olunan bir araşdırmada Sinqapur Menecment Universitetindn psixoloq Norman Li və London İqtisadiyyat Məktəbindən psixoloq Satoshi Kanazawa iddia edir ki, daha ağıllı insanlar tənhalıqda özlərini daha xoşbəxt hiss edirlər.

Psixoloqlar 15 min 18-28 yaşlı yetişkin insanların iştirak etdiyi bir sorğu keçirərək, iddialarının nə dərəcədə doğru olduğunu bizə əyani şəkildə göstərməyə çalışırlar. Sorğunu təhlil etdikdə, belə bir nəticəylə qarşılaşıblar: İnsanların sıx olduğu ərazilərdə yaşayanlar özlərini daha az xoşbəxt hiss edirlər. Lakin digər tərəfdən də, onlar daha çox sosial əlaqələr qurmağın onları yaxşı hiss etdirdiyini də vurğulayırlar. Əslində bu məqama qədər hər şey normaldır. Hər iki nəticəni sürpriz hesab etmək olmaz.

Məsələ burada dəyişir – daha ağıllı insanlar yuxarıda göstərilən faktorlardan təsirlənmir. Faktiki olaraq, onlar insanların daha az olduğu ərazidə yaşayaraq və daha az sosiallaşaraq özlərini qat-qat daha xoşbəxt hiss edirlər. “Əhali sıxlığının həyatdan razılıq faktoruna təsiri aşağı intellekt əmsalı olan insanlarda yüksək intellekt əmsallı insanlara nisbətən iki dəfə daha artıqdır. Daha intellektual olan insanlar tez-tez dostlarıyla sosiallaşmaq məcburiyyətində qaldıqda, xoşbəxtliklərinin azaldığını da hiss edə bilirlər.”

Niyə Ağıllı İnsanlar Tənhalıqda Daha Xoşbəxt Olurlar?


Əcdadlarımız çətin vəziyyətlərdən birlikdə çıxmaq üçün sürü halında yaşamaq məcburiyyətində qalmışdır. 150 fərdə yaxın qruplarda xoşbəxtlik anlayışı da təhlükəsizliyə bağlı idi. Daha çox insan daha güclü və təhlükəsiz həyat demək idi. Belə hallarda ömürlük dostlar və yoldaşlar da adi hal olur, onlarla daimi ünsiyyət sizin təhlükəsizliyiniz və dolayısıyla xoşbəxtliyinizin sığortasına çevrilirdi. Bütün bu səbəblərdən də biz instinktiv olaraq birlikdə işləmək və kiçik də olsa qruplar yaradaraq, bir yerdə olmaq istəyimizi xoşbəxtlik ilə əsaslandırırıq. Lakin artıq tədqiqatlar da sübut edir ki, bu xüsusiyyət yüksək İQ-lu insanlara xas deyil.

Bir sözlə, sizin tənhalığı sevib-sevməməyiniz intellektinizdən tam xəbər verməsə də, müəyyən mövzularda bu faktor maraqlı göstəricidir. Ağıllı insanlar tənha qalmaqdan qorxmur, əksinə hətta bunu sevirlər də.
pahoo.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.