Bu məktəb misalını heç kim həll edə bilmir — FOTO

02 Haziran 2016
1 783
2
Bu məktəb misalını heç kim həll edə bilmir — FOTO
Bu tapşırıq 14 yaşlı məktəblilər üçündür.

Şerillə bağlı məktəb tapşırığı bir çoxlarını çaşdırıb.

Belə ki, Sinqapurda yaşayan teleaparıcı Kennet Konqun tapşırığının həllini hələlik tapan olmayıb. Bildirilir ki, bu misala görə aparıcı öz həyat yoldaşı ilə mübahisə edib.

Həmin tapşırığı sizə təqdim edirik:

Bu məktəb misalını heç kim həll edə bilmir — FOTO

"Albert və Bernard indisə Şerillə tanış olublar və onun doğum günü tarixini öyrənmək istəyiblər. Şeril mümkün tarixlərdən ibarət siyahını verib:

- 15 may, 16 may, 19 may;

- 17 iyun, 18 iyun;

- 14 iyul, 16 iyul;

- 14 avqust, 15 avqust, 17 avqust.

Daha sonra Şeril Albertə hansı ayda, Bernarda isə hansı gündə doğulduğunu söyləyib. Bundan sonra kişilər arasında növbəti söhbət baş tutub.

- Mən bilmirəm ki, Şerilin doğum günü nə vaxtdır, ancaq bilirəm ki, Bernard da bunu bilmir, - deyə Albert bəyan edib.

- Əvvəl mən bilmirdim ki, Şerilin doğum günü nə zamandır, ancaq indi bilirəm, - deyə Bernard cavab verib.

- İnsi isə bunu mən də bilirəm, - deyə Albert deyib.

Beləliklə, Şerilin doğum günü nə vaxtdır?"
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Ziyaretçi Aylin
    • Ziyaretçi Aylin
    • 2 Haziran 2016 21:32
    Ela wekilerdi xowum geldi super. Cox saq olun.

    Ela wekilerdi xowum geldi super. Cox saq olun.
  2. Ziyaretçi Adsiz
    Ad gunu 15 iyuldu
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.