Yumurta qabıqlarını tullamayın - İnanılmaz faydaları
Salmonella bakteriyası riskinə qarşı çox yaxşı qaynadılan yumurta qabığı qurudulub, əzilib toz halına gələndən sonra istifadə edilə bilər. Orta boy yumurtadan 1 çay qaşığı qədər toz əldə edilir ki, bu da 800 mg kalsium deməkdir. Unutmayın ki, çox kalsium qəbulu əzələ tutulmalarına səbəb olduğundan kalsium qəbulu ilə yanaşı potasium qəbulunu da artırın.
Üz maskası
Maska 1. Yumurta qabığını əzin və bir yumurta ağı ilə qarışdırın. Bu qarışımı üzünüzə sürtün və quruyana qədər gözləyin. Quruduqdan sonra ilıq suyla üzünüzü təmizləyə bilərsiniz.
Maska 2. 2 çay qaşığı yumurta qabığı, 2 xörək qaşığı yumurta ağı, 2 çay qaşığı qatıq
4 damcı limon suyunu bir arada qarışdırıb dərinizə sürtün. 15 dəqiqə sonra ilıq su ilə durulayın və dəriyə nəmləndirici vurun. Həftədə iki dəfə edin.
Bu maskanın yardımı ilə dəri yenidən canlanır. Ləkələr yox olur.
Sümük əriməsinə qarşı
Əvvəlcə istifadə ediləcək yumurtaları qaynadın. Sonra yumurtaları soyun, qabığının içindəki pərdələri təmizləyin və blendrdən keçirib toz halına gətirin. Təzə sıxılmış meyvə suyu, ya da südə qataraq hər səhər 1 çay qaşığı qəbul edin.
Menopauza dövründə yaşanan sümük əriməsi probleminə qarşı formul:
10 ədəd yaxşı yuyulmuş ağ yumurta
50 limon
25 qr kəklikotu
25 qr çörək otu
2.5 kilo yaxşı bal
Limonları sıxın və yumurtaları 10 gün boyunca limon suyunda, şüşə qabın içində, sərin bir yerdə saxlayın. 10 günün sonunda yumurta qabıqlarının ərimiş olduğunu görəcəksiniz. Yumurta sarılarını ayıraraq atın, yumurta ağlarını limon suyu ilə yaxşıca qarışdırın. Bu qarışımın içinə də kəklikotu, bal, çörəkotunu əlavə edərək, hər gün 1 qəhvə fincanı için. Sümükləri gücləndirən formuldur.
Borularını tıxanmasını əngəlləyir
Yumurta qabıqlarını əlüzyuyanın süzgəc hissəsinə yerləşdirin. Yerləşdirdiyiniz qabıqlar tıxanmaya səbəb olacaq qatı maddələrin süzgəcdən keçməsinə əngəl olacaq.
Qaz, çaynik təmizliyi
Yumurta qabıqlarınızla qazan və çaynik diblərini təmizləyə bilərsiniz. Bu işi görərkən yuyucu şampundan da istifadə etmək olar.
Çiçəklərinizin torpağına yerləşdirin
Yumurta qabığı kalsium və digər minerallar baxımından zəngin olduğundan çiçəklərinizin torpağına yerləşdirəcəyiniz yumurta qabıqları gübrə təsiri verir.
Qəhvənin acısını alır
Qəhvə maşınından acı dad alırsınızsa, maşının qəhvə qoyduğunuz hissəsinə yumurta qabığı yerləşdirin.
Paltarı ağardır
Yumurta qabıqlarını parça torbanın içində ağ paltarlarla birlikdə paltaryuyan maşına qoyun.
Qaşıntılara faydalıdır
Alma sirkəsi və yumurta qabığı ilə hazırlayacağınız qarışımı qızartılara və qaşıntılara qarşı istifadə edə bilərsiniz.
Yumurta qabığından saxsı
Balaca saxsı qablar da hazırlaya bilərsiniz.